Yüksək döyüş hazırlığı Qələbəyə zəmanətdir - FOTO

2019/07/9ca26-1563609968.jpg
Oxunub: 661     13:01     20 İyul 2019    
Bir yay səhəri Vətənimizin dağlar qoynunda yerləşən dilbər guşələrindən birindəyik. Günəşin doğmağına baxmayaraq, qızmar yay istisindən əsər-əlamət yoxdu. Təbiətin əsrarəngiz gözəlliyi ruhumu oxşayır, ona sığal çəkir. Dağ döşlərində, yal-yamaclarda bitən və minbir dərdə çarə olan şəfalı otlar, ətrafa yaşıllıq və əsrarəngiz gözəllik bəxş edən ağaclar, ormanlardan xışıltı ilə keçən yellər, bu yerləri dövrələyən dağlar, başımızın üstündə parlayan istisini bizdən əsirgəməyən Günəşin hərarətindən, göy üzünü örtməyə həvəsiyən buludların çəkingənliyi, bizi ovsunlayıb, özünə heyran edib. Sevdim bu yerləri, sevdalandım bu yerlərə...

Hər daşda, hər ağacda, hətta dağ çayında da uşaq yaşlarımda gördüyüm və gözəlliyini unutmadığım, unutmayacağım Qarabağımızın gözəllik tacı bildiyimiz Şuşamızla bir eynilik axtarmağa çalışıram. Çalışıram ki, gördüklərimi yaddaşımda qalanlarla bir sıraya düzüm, onların yollarını kəsişdirim, bir-birinə qovuşdurum. Həmin o yolla da gedim Şuşaya... Çıxım Cıdır düzünə... Laçın yaylaqlarını seyr edim...

Bu təəssüratların təsiri altında “N” hərbi hissəsində ilk olaraq zabit Samir Əhmədovla görüşürük. Zabit bildirir ki, bu gün Azərbaycan Ordusu, sözün hər iki mənasında, çox yüksək səviyyədədir.

“Ordumuz həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də mənəvi-psixoloji cəhətdən qabaqcıl ordular sırasındadır. Eyni zamanda ön xətdə yerləşən hərbi hissələrin şəxsi heyətinin əksəriyyəti yüksəkliklərdə qərar tutaraq Vətən torpaqlarını qoruyur. Bizləri sevindirən başlıca cəhətlərdən biri də ordumuzdakı qələbəyə köklənmiş yüksək əhval-ruhiyyədir. Əsgər və zabitlərimizin məsləki də, amalı da Vətən sevgisindən başlanır. Dünyada Vətən məhəbbəti qədər müqəddəs, Vətən sevgisi qədər ülvi bir hiss yoxdur. Hərbi hissəmizin bütün şəxsi heyəti Vətənini bütün qəlbi ilə sevir və onun uğrunda son damla qanına qədər vuruşmağa hazırdı. Şəxsi heyətimiz həyatının mənasını Vətənə xidmət etməkdə görür. Çünki Vətən bizlərə layiqincə yaşamaq, son ana qədər onu cəsarətlə qorumaq üçün əmanət edilib. Vətən qarşısında hamı bütün həyatını və varlığını borclu sayır. Bu, Vətən uğrunda xidmət edən, canından və qanından keçməyə hazır olan bütün hərbi qulluqçuların amalıdır”.

Qısa bir zaman kəsiyindən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əli Kərimovun idarə etdiyi “UAZ” markalı avtomobillə səngərə yola düşürük. Yolda zabit Samir Əhmədov qarşıdakı dağı göstərərək bildirir ki, posta çatmaq üçün çox çətin dağ yolunu qət etməli və kifayət qədər hündürlüyə qalxmalıyıq. Uzaqda olan dağlar sirli bir qala kimi görsəndi mənə və elə hesab etdim ki, səngərə qaş qaralanacan ancaq gedib çatmaq olar. Yolu qət etdikcə anladım ki, dağlara uzaqdan, aşağıdan yuxarı baxmaq nə qədər sirli görünürdüsə, indi bu əzəmətli qayaların qoynunda olub, düzlərə yuxarıdan aşağı baxmaq o qədər zövqverici və gözəldir... Adama elə gəlir ki, əlini atsan buludlara çatar. Bəzən elə olur ki, sən zirvədə olanda aşağıdakılarla sənin arana dümağ lopa-lopa buludlar girir və sən qalırsan buludların üzərində...

İki saatlıq bir yolu qət etdikdən sonra dağın ən uca zirvəsində, buludların üzərində yerləşən ürəyi qisas hissi ilə alışıb yanan, torpaqlarımızı düşməndən azad etmək, şəhidlərimizin qisasını almaq istəyi ilə xidmət edən Azərbaycan əsgərinin yanında, səngərdəyik. Bizi qarşılayan zabit Fuad Hüseynov düşmənlə təmas xəttində yerləşən müvafiq postda etibarlı müdafiə sisteminin qurulduğunu, xidmət üçün zəruri olan hər bir şəraitin olduğunu qeyd edir. “Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir silah-sursatla təminatına imkan verir. Onun nəticəsidir ki, bu gün dayaq məntəqəsində və onun əhatə etdiyi postlarda nümunəvi xidmət şəraiti yaradılıb. Ərazinin strateji əhəmiyyəti nəzərə alınaraq qurulan postda düşmənin istənilən hücumunun qarşısını almaq məqsədilə müxtəlif qurğular və maneələr yaradılıb. İstənilən səviyyədə rabitə əlaqəmiz, müasir döyüş texnikalarımız, artilleriya qurğularımız, müşahidə cihazlarımız var ki, bu da postda etibarlılığı təmin edir”.

Zabit Samir Əhmədov bildirir ki, bu nailiyyət ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir: “Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirir. Vaxtilə bu ərazilərdə əsgərlər çox ağır şəraitdə xidməti vəzifələrini yerinə yetirirdilər. Lakin ölkəmiz inkişaf etdikcə ordunun əsgəri-məişət şəraiti və silah-sursat təminatı da xeyli yaxşılaşdırıldı. Ucqar dağlıq ərazidə yaradılan xidməti şərait də ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Sosial-məişət problemlərinin həll olunması və hərbi hissələr üçün yaradılan şərait qarşıya bir vəzifə qoyur. O da xidməti vəzifələrini layiqincə yerinə yetirmək, Vətən sərhədlərini və torpaqlarımızı etibarlı müdafiə etməkdən ibarətdir.

“Vətən o zaman Vətən olur ki, o həm qorunur, həm də Vətən torpağından səmərəli istifadə olunur”, - deyə zabit sözünə davam edir. - Vətən torpağının qorunması, eyni zamanda, torpaqlardan səmərəli istifadə olunması bu gün ölkəmizin vətəndaşlarının və ordunun üzərinə düşən vəzifələrdir. Çünki torpaqlarımız qorunursa, insanlar da öz vəzifələrini, işlərini rahat yerinə yetirə biləcək, zəhmətləri ilə ölkəmizin inkişafına töhfə verəcəklər. Bu gün yüksək dağlıq şəraitdə yerləşən postun maddi-texniki təminatı, əsgərlərin məişət və xidməti şəraiti müasir tələblər səviyyəsində qurulub. Günün nizam qaydalarına uyğun olaraq xidmətin təşkilinə, əsgərlərin normal qidalanmasına, fiziki hazırlığına və sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirilir.

Əsgər Rəşad Rzayev qeyd edir ki, belə bir yüksəklikdə hərbi xidməti nümunəvi təşkil etmək üçün hər cür şərait yaradılıb. “Müasir yaşayış və xidmət şəraiti hər bir əsgər və zabitin döyüş ruhunu daha da artırır. Fəxr edirik ki, Vətənimiz Azərbaycanın müdafiəsində dayanmışıq. Yüksək döyüş ruhumuz vardır. Əsgərlər yüksək döyüş qabiliyyətinə və mənəvi-psixoloji hazırlığa malikdir. Şəxsi heyət istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə qadirdir. Düşmənlə təmas xəttində xidmətin normal təşkili üçün yaradılan şərait əsgər və zabitlərimiz tərəfindən razılıq hissi ilə qarşılanır. Onların məsuliyyətini daha da artırır. Eyni zamanda, bugünkü görüş əsgərləri qürurlandırır, onları Vətənin keşiyində ayıq-sayıq dayanmağa sövq edir”.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ceyhun Ələsgərov zabitin sözünə qüvvət olaraq bildirir ki, Vətənə, onun çiçəklənməsinə xidmət etmək, torpağımızı qorumaq bizim vətəndaşlıq borcumuzdur. “Ərazisinin 20 faizi düşmən əsarəti altında olan Vətənimiz bizdən daha böyük hünərlər gözləyir. Bütün gücümüzlə bu cənnət diyarı göz bəbəyimiz kimi qorumalı, onun inkişafı üçün əlimizdən gələni etməliyik. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, uğrunda vuruşmuşlar. Onlar qədim torpaqlarımız üçün canlarından keçib, şəhidlik zirvəsinə yüksəliblər. Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz bizlər üçün örnəkdir. Hər bir Azərbaycan əsgəri qəhrəmanlarını tanıyır, onların keçdiyi həyat yolunu yaxşı bilirlər. Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçən qəhrəmanlarımız bizim qürurumuzdur. Bizlər də onların yollarını davam etdirməyə hazırıq”.

“Bundan sonra torpaqlarımızın azadlığı haqqında düşünmək və danışmaq olar”, - deyə əsgər Rahid Hüseynov qeyd edir. - Bu gün Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını yerindəcə alır və daim düşməni vahimə içərisində saxlayır. Aprel döyüşləri də bunu sübut etdi ki, istənilən zaman ordumuz torpaqlarımızı azad etməyə qadirdir və yüksək döyüş hazırlığına malikdir. Bu gün Azərbaycan əsgəri Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa tam hazırdır. (AO)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ordusu   UAZ  

Yüksək döyüş hazırlığı Qələbəyə zəmanətdir - FOTO

2019/07/9ca26-1563609968.jpg
Oxunub: 662     13:01     20 İyul 2019    