Rus xüsusi təyinatlı Qarabağın Azərbayacana aid olduğunu bildirdiyinə görə öldürülüb

2019/07/76619-1563608217.jpg
Oxunub: 1268     12:32     20 İyul 2019    
“Qarşı tərəf erməniləri milli zəmində təhqir edərək, türklərin erməniləri tam məhv etmədiklərinə görə təəssüf ediblər və bu torpaqların onlara aid olduğunu, ermənilərin isə onları çölə dəvət etməyə ixtiyarları olmadığını qeyd ediblər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni vəkil Karen Nersisyan keçmiş rus xüsusi təyinatlısı Nikita Belyankinin qətl işi ətrafında baş verənlərlə bağlı mətbuat konfransı zamanı deyib.

“Əgər bu baş verənlər ABŞ və ya başqa bir ölkənin vətəndaşına qarşı baş vermiş olsaydı, indi Rusiyaya qarşı müharibə başlanmışdı. Qətli törədən şəxs Sergey Xocoyan deyil.

Bir hərbi qulluqçu qətlə yetirilib, bıçaqlanmaqla zərərçəkən isə iki nəfərdir. Hadisə ilə bağlı 9 erməni həbs edilib. Həbs edilən 9 nəfərdən yalnız 2-si polis orqanlarına könüllü təslim olub. Həbs edilənlərdən 5 nəfər qətl maddəsi ilə ittiham edilir. Onları ömürlük həbs cəzası gözləyir. Həmçinin dələduzluq maddəsi üzrə ittham edilənlər də var.

Nə müstəntiqlərə, nə də Rusiya prokurorluğuna ümid etmirik. Rusiya tərəfinin heç öz vətəndaşlarına yazığı gəlmir, qaldı ki, erməni vətəndaşlarına yazığı gəlsin. Elə ilk anlardan başlayaraq ilkin istintaq obyektiv aparılmırdı. Buna görə də cinayətin araşdırılmasında milli ayrı-seçkilik əlamətlərini müşahidə edirik”, - deyə erməni vəkil iddia edib.

O qeyd edib ki, Rusiya hüquq mühafizə orqanları erməni tərəfinin heç bir müraciətinə cavab verməyib.

“Rusiya Federasiyasının yüksək vəzifəli hüquq mühafizə orqanlarına, Ermənistanın hüquq mühafizə sahəsinə cavabdeh şəxslərinə, Ermənistandakı Rusiya səfirinə müraciət edərək ədalətli istintaqın aparılmasını tələb etmişik. Rusiyada artıq bir neçə səlahiyyətli orqanlara müraciət edilsə də, heç bir reaksiya verilməyib.

Qadınların da olduğu ictimai yerdə özlərini əxlaqlı aparmayan iki şəxsə qarşı ermənilər irad bildirib və özlərini nəzakətli aparmaqlarını təklif edib. Nəticədə mübahisə düşüb. Qarşı tərəf erməniləri milli zəmində təhqir edərək, türklərin erməniləri tam məhv etmədiklərinə görə təəssüf ediblər və bu torpaqların onlara aid olduğunu, ermənilərin isə onları çölə dəvət etməyə ixtiyarları olmadığını qeyd ediblər.

Növbəti gün gəlib, üzr istəyiblər. Mübahisə edənlərin ruslar olduğunu görən hərbi qulluqçu yaxınlaşaraq atəş etməyə başlayıb. Hərbi qulluqçunu bıçaqlayan şəxs 3 dəfə zərbəyə məruz qaldıqdan sonra bu hərəkətə əl atıb. Bıçaqlanan şəxsi xəstəxanaya aparan taksi sürücüsü baş verənləri görüb”, - deyə Nersisyan ermənilərin cinayət əməlinə haqq qazandırmağa çalışıb.

Xatırladaq ki, 24 yaşlı keçmiş xüsusi təyinatlı Moskva vilayətinin Krasnoqorsk rayonunun Putilkovo qəsəbəsində iyulun 1-də gecə öldürülüb. Törədilən qətl nəticəsində 9 Ermənistan vətəndaşına ittiham irəli sürülüb. Onlardan biri məhz Belyankini öldürməkdə ittiham edilir. Hüquq müdafiəçilərinin qətli törədən şəxsin azadlıqda olan Hovhanes Hayrapetyanın olduğunu iddia etdikləri bir vaxtda, Rusiya Federasiyasının müstəntiqləri öncədən elan etdikləri versiyadan geri çəkilməyərək, qətli törədən şəxsin Sergey Xocoyan olduğunu qeyd edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Rus xüsusi təyinatlı Qarabağın Azərbayacana aid olduğunu bildirdiyinə görə öldürülüb

2019/07/76619-1563608217.jpg
Oxunub: 1269     12:32     20 İyul 2019    