Yezidi hərbi qulluqçunun səhhətində yaxşılığa doğru heç nə dəyişməyib

2019/07/45645-1563434776.jpg
Oxunub: 486     11:12     20 İyul 2019    
“Yezidi hərbi qulluqçu Yurik Broyan Müdafiə Nazirliyinin hərbi polisindən Kanaz hospitalına köçürülüb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri yezidi hərbi qulluqçunun vəkili Hayarpi Sarkisyan deyib.

Onun sözlərinə görə, 2 həftə müayinə edildikdən sonra Broyan haqqında son qərar veriləcək.

“Komissiyanın yekun qərarı 2 həftədən sonra veriləcək. Hərbi qulluqçunun səhhətində yaxşılığa doğru dəyişiklik qeydə alınmayıb”, - deyə o qeyd edib.

Xatırladaq ki, Yurik Broyan keçən ilin avqust ayında zəif əqli geri qalma diaqnozu ilə orduya çağırılıb. 10 gün xidmət etdikdən sonra tabor komandiri onu döyüb, 3 gün bağlı vəziyyətdə əşya otağında saxlanıb. O, intihara cəhd etdikdən sonra Kanaz hospitalına yerləşdirilib. Nəticədə hərbi qulluqçu danışma qabiliyyətini itirib və titrəməyə tutulub. İyulun 15-də ErmənistanMüdafiə Nazirliyinin hərbi polisi məlumat yayaraq bildirib ki, müalicədən sonra hərbi qulluqçu xəstəxandan xaric edilib və o, naməlum istiqamətdə gedib.

Hərbi polis hərbi qulluqçunun anası ilə əlaqə saxlayıb. Anası cavabında bildirib ki, oğlu hərbi hissəyə getmək niyyətində deyil.

Qeyd edək ki, yezidi hərbi qulluqçu Yurik Broyan ötən gün hərbi tibb komissiyasına təqdim edildikdən sonra hospitala yerləşdirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Yezidilər   İşgəncə  

Yezidi hərbi qulluqçunun səhhətində yaxşılığa doğru heç nə dəyişməyib

2019/07/45645-1563434776.jpg
Oxunub: 487     11:12     20 İyul 2019    