Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının himni təqdim edilib

2019/07/w_161-1563599665.jpg
Oxunub: 409     10:08     20 İyul 2019    
Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının himninin təqdimatı olub.

Ordu.az xəbər verir ki, təqdimat mərasimində Federasiyanın rəhbərliyi, “Amputant” futbol komandasının üzvləri, ictimaiyyətin nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.

Bakı Mətbuat Mərkəzində keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının sədri, layihənin ideya müəllifi Rövşən Quliyev qurumun yaranma tarixindən, fəaliyyətindən, “Amputant” komandasının qazandığı uğurlardan, eləcə də ölkəmizdə bu idman növünə göstərilən dəstəkdən danışıb. Qeyd edib ki, bir ildir fəaliyyət göstərən Qarabağ Əlil Döyüşçülər Federasiyası qısa zamanda uğurlara imza atıb. Milli komanda 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə, 2022-cil ildə isə dünya çempionatına vəsiqə qazanıb.

R.Quliyev Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsindən söz açaraq müharibə nəticəsində əlil olmuş insanların cəmiyyətə inteqrasiyasının əhəmiyyətindən danışıb.

Sonra himnin təqdimatı olub. Marş janrında yazılan himnin musiqisinin müəllifi və ifaçısı Leylanur Babayeva, sözləri isə Tural Nəqşicahana aiddir. “Qazilər” adlı klipi istedadlı gənc rejissor Natiq Novruzov çəkib.

Böyük maraqla izlənən klipin nümayişindən sonra çıxış edənlər hərbi-vətənpərvərlik mövzusunda belə təşəbbüslərin əhəmiyyətindən danışıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Əlil-döyüşçülər  

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının himni təqdim edilib

2019/07/w_161-1563599665.jpg
Oxunub: 410     10:08     20 İyul 2019    