Ordu.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının deputatı Srbuhi Qriqoryan "Facebook" səhifəsində yazıb.
Hadisə yerində olan Srbuhi Qriqoryan 1 nəfərin öldüyünü qeyd edib.

O, partlayış barədə qalan məlumatları hüquq mühafizə orqanlarının yayacağını qeyd edib. Bir çox verilən suallara cavab olaraq, bildirmişdir ki, partlayış Sisiandakı 1 nömrəli məktəbin qarşısında baş verib.
İlkin məlumata görə, iyulun 18-də naməlum şəxs bir başqasını həyatdan məhrum etmək məqsədilə şüurlu şəkildə çoxlarının həyatına təhlükəli olan üsulla hərbi sursat hesab edilən partlayıcı vasitəni döyüş vəziyyətinə gətirərək, Sisian şəhər Kamu küçəsindəki evlərdən birinin mal damına bitişik keçidin metal qapısının tutğacının çöl hissəsinə bərkidib.

Bunun nəticəsində ərazinin sahibi Sisian şəhər sakini 1945-ci il təvəllüdlü şəxs saat 05:40 radələrində heyvanlarını çölə buraxmaq məqsədi ilə qeyd olunan qapını açıb və baş verən partlayış nəticəsində aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsinin Sünik vilayətinin istintaq idarəsinin Sisian şöbəsində CM-nin müvafiq maddəsi üzrə cinayət işi açılıb. Hüquq mühafizə orqanları hadisənin hərtərəfli araşdırılması və cinayəti törətdiyi ehtimal edilən naməlum şəxsin tapılması istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.

Alpər Mövludoğlu
Ordu.az