Ermənistan radioaktiv maddələrin əsas təminatçısıdır

2019/07/metsa-1563536106.jpg
Oxunub: 734     10:34     20 İyul 2019    
“Radioaktiv maddələr Ermənistan sərhəd keçid məntəqəsini uğurla keçərək, yalnız Gürcüstan tərəfində aşkarlanır”.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində müəllif məqaləsi dərc edilib.

Müəlif istehza ilə bildirir ki, Ermənistandakı keçid məntəqəsindən radioaktiv maddələr hansı şəkildə keçirilirsə, hüquq mühafizə orqanlarının xəbəri olmur.

“Məlum olduğu kimi iyulun 11-də Gürcüstanın Sadaxlı keçid məntəqəsində hüquq mühafizə orqanları Gürcüstan ərazisindən keçirməklə 71 qr “Torium-232” radioaktiv maddəni Rusiyaya aparmağa cəhd edən bir vətəndaşı saxlayıblar. Burada həmin vətəndaşın Ermənistanın Baqradaşen keçid məntəqəsindən bu maddəni necə keçirə bildiyinə dair sual yaranır.

Baqradaşen keçid məntəqəsi radioaktiv maddələrin aşkarlanması üçün istifadə edilən sistemlərlə təhcizatlanmalı olduğu halda bu baş verməyib. Bu, ilk hal deyil. Son 10 ildə Gürcüstan hüquqmühafizə orqanları tərəfindən radioaktiv maddələrin qanunsuz dövriyyəsinə dair aşkarlanan ən azı 10-cu hadisədir. Baş verən hadisələrin böyük əksəriyyətində radioaktiv maddələrlə saxlanan şəxslərin Ermənistan vətəndaşı olduğu aşkar edilib və faktlar əsasında 14 Ermənistan vətəndaşı həbs edilib.

Radioaktiv maddələrin dövlətlərarası dövriyyəsini kənara qoyaraq, bu maddələrin sərhədləri keçməsinə qarşı mübarizənin səmərəliliyi nəzərdən keçirilir. Bu, son 10 il ərzində Gürcüstan hüquq mühafizə orqanları tərəfindən Sadaxlı keçid məntəqəsində Ermənistandan radioaktiv maddələrin gətirilməsi cəhdi üzrə aşkarlanan 3-cü məlum hadisədir. İlk hadisə 2009-cu ildə (“Sezium-137”) baş verib.

İkinci hal 2014-cü ildə (“Sezium-137”) baş verib. Lakin radioaktiv maddələrin Ermənistan keçid məntəqəsində aşkarlanmasına dair hər hansı məlumat yoxdur. Beləliklə də, ən azı 3 baş verən hadisə zamanı radioaktiv maddələr Ermənistan sərhəd keçid məntəqəsini uğurla keçərək, yalnız Gürcüstan tərəfində aşkarlanıb.

Baxmayaraq ki, sərhəddin Gürcüstan tərəfində radioaktiv maddələrə nəzarət ideal deyil və bir çox hallarda bu radiaktiv maddələr Gürcüstanın daxilində aşkarlanıb, lakin belə nəticəyə gəlmək olar ki, Ermənistan tərəfindəki nəzarət olduqca zəifdir. Eyni zamanda Ermənistan tərəfində radioaktiv maddələrin sərhəddən keçirilməsi cəhdinin qarşısının alınmasına dair heç olmasa bir faktın belə olmadığını nəzərə alsaq, sərhəd keçid məntəqələrində radioaktiv maddələrin aşkarlanması üçün “Yantar sistemi”nin fəaliyyətini şübhə altına almaq olar”, - deyə müəllif Ermənistan hüquq mühafizə orqanları əməkdaşlarının bu maddəni rüşvət yolu ilə buraxdığını etiraf edir.

Müəllif qeyd edir ki, bu maddə daha tez radiasiyaya uğradığı üçün asan aşkarlansa da, nədənsə rahatlıqla keçid məntəqəsində şübhələnən olmayıb.

“İyulun 11-də “Torium” radoaktiv maddənin qanunsuz dövriyyəsinin aşkarlanması üzrə ilk hadisə idi. Məsələ burasındadır ki, “Torium-232” kifayət qədər passiv parçalanır və bunu radioaktiv maddələrin aşkarlanması üzrə avadanlıqlarla görmək daha rahatdır. Buna görə də sərhəddə əsasən “Sezium-137”ni aşkarlamaq mümkün olur. Demək bu maddə daha tez radiasiyaya uğrayır və asan aşkarlanır. Müqayisə üçün qeyd edək ki, “Uran-238” və ya “Torium-232”in yarım parçalanması milyard illərlə davam edir. Dövlətlərarası tədbirlər zamanı əsasən “Uran-238” maddəsinin qanunsuz dövriyyəsi halları aşkarlanır. Son 15 ildə 7 hal qeydə alınıb.

Bütün radioaktiv elementlər bu və ya digər şəkildə “Metsamor” atom stansiyasında mövcuddur. Bu, qismən nüvə yanacağı və qismən nüvə tullantıları halında mövcuddur. Atom stansiyasında radioaktiv elementlərin həcmi tonlarla ölçülsə də, orada təmiz “Sezium-137” yoxdur. Ehtimal edilir ki, radioaktiv maddələr sovet ittifaqından qalmış və tərk edilmiş zavodlardan, laboratoriyalardan və ya digər istehsal sahələrindən əldə edilir. Gürcüstan hüquq mühafizə orqanlarının aşkarladığı faktları mühakimə edərək, Ermənistanın əsasən radioaktiv maddələr təminatçısı kimi xidmət etdiyi nəticəsinə gəlmək olar”, - deyə erməni müəllif fikirlərini yekunlaşdırır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Nüvə   Təxribat   Regional-təhdid  

Ermənistan radioaktiv maddələrin əsas təminatçısıdır

2019/07/metsa-1563536106.jpg
Oxunub: 735     10:34     20 İyul 2019    