Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, Paşinyan dəfələrlə Trampla görüşməyə cəhd etsə də, rədd cavabı alıb.
“ABŞ-da olan erməni nümayəndə heyəti yüksək səviyyəli görüşlər keçirməyə, müavinlər səviyyəsindən yuxarı qalxmağa nail ola bilmirlər. İndiyədək Nikol Paşinyan Donlad Trampla görüşə nail ola bilməyib. Ararat Mirzoyan daha aşağı səviyyələrlə görüşməklə kifayətlənib”, - deyə erməni nəşri bildirib.
Nəşr qeyd edir ki, Vaşinqtonda dini azadlıqlara həsr edilmiş konfransda iştirak edən Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan da ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşə nail ola bilməyib.
“Pompeo ilə görüşün baş tutması üçün hər şeyin edildiyinə baxmayaraq, Mnatsakanyan onun müavini vəzifələrini icra edən Filip Dikerlə görüşməli olub. Yeri gəlmişkən, Mnatsakanyanın da iştirak etməyə getdiyi konfransı Pompeo şəxsən açıb”, - deyə “Hraparak” Ermənistandakı yeni hakimiyyətin nə daxildə, nə də xaricdə söz sahibi ola bilmədiyini vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az