Müharibənin yeni növü: “Metsamor” AES İran ərazisindən söndürülüb?

2019/07/8a84f-1563534306.jpg
Oxunub: 990     14:23     20 İyul 2019    
Rusiyanın Tver dairəsinin Kalinin şəhərindəki atom elektrik stansiyasının 4 enerji blokundan 3 ədədi qəza vəziyyəti səbəbindən şəbəkədən ayrılıb. Məlumata görə, qeyri-məlum səbəblərdən paylayıcı şəbəkənin transformatoru sönüb, nəticədə AES-in fəaliyyətinin dayanması baş verib.

Xatırladaq ki, bir həftə öncə Ermənistanın istilik elektrik stansiyaları və Hrazdan su elektrik stansiyasının 5-ci blokunun sönməsi Ermənistanda enerji təminatının genişmiqyaslı dayanmasına səbəb oldu. Hadisənin səbəbləri hələlik məlum deyil.

Erməni KİV-ləri, səbəblər arasında xarici versiyanın da ola biləcəyini ehtimal etdilər. Məsələn, KİV-lərdən biri yazır ki, istənilən halda Ermənistan, yaxud rus atom elektrik stansiyalarının simasında səbəb fiziki qəza deyil, hansısa müdaxilə baş verib.

“Ermənistanda qəza baş verərkən erməni atom elektrik stansiyası təmirdə idi. Bu səbəbdən atom enerjisinə birbaşa təsir etməyib. Əgər Ermənistanda enerji kəsintisinin səbəbi öz imkanlarını göstərmək üçün haker hücumudursa, o zaman belə çıxır ki, atom elektrik stansiyasının söndürüldüyü bir məqam seçilib. Bundan əlavə ehtimallardan birinə əsasən haker hücumu İran ərazisindən həyata keçirilib”, - deyə məlumatda diqqətə çatdırılır.

Ekspertlərin fikrincə, bu addım İrana xəbərdarlıq siqnalı ola bilər.

“Kalinin atom elektrik stansiyası ilə baş verən hal hər şeyin daha ciddi olduğunu göstərir. Xüsusilə də bunun anlaşılmaz tapşırıqlar həyata keçirən Barents dənizindəki atom su altı gəmisinin qəzasından sonra baş verməsi daha da maraqlıdır. Cenevrədə ABŞ-la keçirilən müşavirə zamanı Rusiya Federasiyası yeni texnologiyalar, o cümlədən səs surətindən yüksək və rəqəmsal texnologiyaların beynəlxalq təhlükəsizliyə təsiri məsələsini qaldırıb”, - deyə Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Sergey Byarbıkov diqqətə çatdırıb.

Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirin müavini Hakop Vardanyan qeyd edib ki, məsələnin Rusiya-ABŞ gündəliyinə daxil edilməsi dünyada yüksək texnologiyalar müharibəsinin ön plana çıxmaqda olduğunu göstərir.

“Son zamanlar Vladimir Putin bəyan edib ki, kim süni zəkanı idarə edəcəksə, o dünyaya nəzarət edəcək. Ermənistan və onun atom stansiyası yeni çağırışlara müqavimət göstərməyə hazırdırmı? Haker hücumu versiyası da, Ermənistan enerji sisteminin işinin iflic edilməsi səbəblərindən biri kimi nəzərdən keçirilir”, - deyə Vardanyan öz fikirlərini bölüşüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Müharibənin yeni növü: “Metsamor” AES İran ərazisindən söndürülüb?

2019/07/8a84f-1563534306.jpg
Oxunub: 991     14:23     20 İyul 2019    