Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” partiyası fraksiyasının deputatı Mikayel Melkumyan Baş nazirin müavini Tiqran Avinyan tərəfindən Ermənistanın Rusiya ilə yeni atom stansiyasının inşası haqqında danışıqlar aparmasına dair ABŞ-da verdiyi bəyanata toxunarkən deyib.
Onun sözlərinə görə, atom stansiyasına malik olub-olmamaq məsələsi referenduma çıxarılsa öz həllini tapa bilər.
“Atom stansiyasına malik olub-olmamaq məsələsi referenduma çıxarılmalıdır. Atom stansiyası olmadan bizim enerji sahəmiz inkişaf etməyə malikdirmi? Atom stansiyası Ermənistan üçün zəruridir”, - deyə Melkumyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az