Hərbi Prokurorluq: Qəsdən adam öldürmə cinayətləri 50 faiz azalıb

2019/07/295d3-1563532381.jpg
Oxunub: 449     14:32     19 İyul 2019    
2018-ci ilin birinci yarısı ilə müqayisədə 2019-cu ilin birinci yarım ilində qeydə alınmış xüsusilə ağır cinayətlər üç dəfə, qəsdən adam öldürmə cinayətləri 50 faiz azalıb.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Hərbi Prokurorluğunda rəhbər vəzifəli şəxslərin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2019-cu ilin birinci yarım ilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.

Qeyd olunub ki, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 50 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 29,3 faiz, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 7,7 faiz azalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hərbi-prokurorluq  

Hərbi Prokurorluq: Qəsdən adam öldürmə cinayətləri 50 faiz azalıb

2019/07/295d3-1563532381.jpg
Oxunub: 450     14:32     19 İyul 2019    