Paşinyan hökumətinin ilk axıtdığı qan: Nə edilməlidir?

2019/07/9bb4a-1563531847.jpg
Oxunub: 977     16:23     19 İyul 2019    
“Polisin hərəkətləri elə vəziyyətə çatıb ki, vətəndaşlar daşlarla özlərini müdafiə etməyə başlayıblar. İcevanda baş verənlər yeni hakimiyyət üçün tarixi hadisə olaraq, Paşinyanın “demokratik” hökumətinin hakimiyyəti altında ilk qan tökülməsi ilə nəticələndi.”.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində müəllif yazısı dərc olunub.

Müəllifə görə, Paşinyan hökumətin qapısını xalqın olduğunu hesab edirdi, indi isə xalqa qan uddurur.

“Yeni hakimiyyət bir il ərzində böyük səylər hesabına öz inqilabçı və xalqın qoynundan çıxan xadimlər görkəmini qoruyub saxlaya bildi. Bu görkəmi qoruyub saxlamaq üçün hakimiyyət bütün mümkün vasitələrdən istifadə edib. Baş nazir Nikol Paşinyan hətta hökumətin qapısını belə xalqın olduğunu hesab edirdi.

O, bunu bir neçə ay öncə nümayişçilər hökumət qapısını qırmaq istəyərkən bəyan edib. “Xalqın qapısıdı, istəyərlər sındırarlar”, - deyə Paşinyan guya xalqı sevdiyini göstərmək istəyirdi.

Ermənistan parlamentində keçirilən seçkilərdən sonra vəziyyət dəyişdi və hakimiyyət müxtəlif məsələlərlə bağlı və hökumət binası qarşısında aksiya təşkil edənləri keçmiş hakimiyyətlə əlaqələndirməyə başladılar. Bununla da hökumətə qarşı real etiraz olmadığını nümayiş etdirməyə çalışırdılar. Münasibətin naməlum şəkildə dəyişməsinə baxmayaraq, hakimiyyət güc struktularını susduraraq, etiraz aksiyasına çıxan vətəndaşlara qarşı güc tətbiq edilməsinə imkan vermirdi”, - deyə müəllif bildirir.

Müəllif qeyd edir ki, Paşinyan hökumətinin sevilməyən iş üslubu onu göstərir ki, qarşıdakı günlərdə hələ çox qan töküləcək

“Bu günlərdə İcevanda baş verən hadisə vəziyyəti kəskin şəkildə dəyişib. Polis qüvvələri iyulun 18-də Gürcüstana gedən dövlət yolunun İcevandan keçən hissəsində yolu bağlayan vətəndaşlara qarşı güc tətbiq etməyə başladı. Polisin hərəkətləri elə vəziyyətə çatıb ki, vətəndaşlar daşlarla özlərini müdafiə etməyə başlayıblar. İcevanda baş verənlər yeni hakimiyyət üçün tarixi hadisə olaraq, Paşinyanın “demokratik” hökumətinin hakimiyyəti altında ilk qan tökülməsi ilə nəticələndi. Hadisələr zamanı həm mülki vətəndaşlar, həm polislər arasında yaralananlar olmaqla, onlarla həbs edilənlər oldu.

İcevan hadisələri qarşısı alınmaz proseslərin başlanğıcını qoydu. Artıq hakimiyyətin reallıqdan uzaq düşdüyünü demək olar. Çünki hakimiyyət vətəndaşları narahat edən real problemi dinləmək istəmədi və onu müxtəlif yollarla, azdırmağa başladı. Keçmiş hakimiyyət bu üsullardan istifadə edirdi. Təəssüflə qeyd etmək lazımdır ki, İcevanda baş verən hadisə ilə polisin keçmiş iş üslubuna qayıtmasının şahidi olduq. Vətəndaş yenə də polisin simasında düşmən görməyə başladı. Polis isə vətəndaşı yenidən hədəf olaraq, nəzərdən keçirməyə başlayıb. Paşinyan hökumətinin sevilməyən iş üslubu onu göstərir ki, qarşıdakı günlərdə bu kimi etiraz aksiyaları çoxsaylı olacaq. Gələcək hadisələrin ağrılı nəticələrinin olmaması üçün hər iki tərəfin nə etməli olduğunu düşünmək qalır”, - deyə müəllif erməni xalqının ağrılı-acılı günlərinin hələ qarşıda olduğunu qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   İlk-qan   Zorakılıq  

Paşinyan hökumətinin ilk axıtdığı qan: Nə edilməlidir?

2019/07/9bb4a-1563531847.jpg
Oxunub: 978     16:23     19 İyul 2019    