Ordu.az xəbər verir ki, Babək rayonunda iki əsgəri-məişət kompleksi istifadəyə verilib, iki qərargah binasının, start komanda, yanacaqdoldurma, texniki qulluq, texnikaların yuyulması, texniki nəzarət, təmir və texniki xidmət məntəqələrinin, avtomobil dayanacağının tikintisi davam etdirilir.
Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilməklə yanaşı, Babək və Şahbuz rayonlarının hər birində üç anqarın tikintisi davam etdirilir.
Kəngərli rayonunda hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib.
Şərur rayonunda Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektlərinin və 3 saylı Sərhəd dəstəsi binasının tikintisi davam etdirilir.
Ordu.az