Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Respublika İnstitutunun (İRİ) keçirdiyi sorğunun yekununda bildirilib.
Məlumata görə, sorğu iştirakçılarının cəmi 49 faizi Gürcüstanın NATO üzvlüyünü dəstəkləyib ki, bu da 2009-cu ildən etibarən ən aşağı göstəricidir. Sorğu iştirakçılarının 16 faizi Gürcüstanın 2023-cü ildən sonra üzvlüyə qəbul ediləcəyinə,15 faizi isə heç vaxt üzv ola bilməyəcəyinə inandığını dilə gətirib.
İştirakçıların 59 faizi Gürcüstanın alyansa nə vaxt üzv olacağını bilmədiyini qeyd edib.
Sevinc Əliyeva
Ordu.az