Ordu.az xəbər verir ki, işğalçı ordunun bölmələri dünən axşam və bu gün səhər saatlarında Ağdam rayonunun Çıraqlı kəndini atəşə tutub.
Sakinlərin sözlərinə görə, dünən gecə saatlarında kənd bir neçə dəfə düşmən atəşinə məruz qalıb.
Bundan başqa bu gün səhər saatlarında da düşmən atəşkəsi pozub. Kənd ərazisinə istinad divarları çəkilməsinə baxmayaraq, atılan kor güllələr ağac və divarlara dəyib.

Elgün Gəncimsoy
Ordu.az