Erməni hüquq müdafiəçiləri: “Yezidi hərbi qulluqçu daim titrəmələr içərisindədir”

2019/07/345-(-1563449912.jpg
Oxunub: 685     16:37     18 İyul 2019    
“Yezidi hərbi qulluqçu Broyana vurulan bəzi iynələrdən sonra o, danışma qabiliyyətini itirib və titrəməyə başlayıb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə yezidi hərbi qulluqçunun problemi ilə bağlı “İnsan haqları naminə” ictimai birliyinin sədri Janna Aleksanyan məlumat verib.

Onun sözlərinə görə, yezidi hərbi qulluqçu Broyan bu vəziyyətdə xidmət edə bilməz.

“Broyanın dediyinə görə iynələr ona pis təsir edib. Onun xidmət edə bilməyəcəyi açıq-aydın məlumdur. 5 ay danışa bilməyən yezidi hərbi qulluqçunu əsasən hərbi polisdə saxlayıblar. Yezidi hərbi qulluqçunun xəstə olduğu aydındır, lakin Müdafiə Nazirliyi onun simulyant olduğunu hesab edir. Açılan cinayət işi çərçivəsində təyin edilən ekspertizalar onun simulyant olduğunu rədd edib. İki ekspertiza nəticəsinə görə simulyant olmadığı təsdiqlənib”, - deyə o qeyd edib.

Qeyd edək ki, milliyətcə yezidi olan Yurik Broyan zəif əqli çatışmazlıq diaqnozu ilə keçən ilin avqust ayında hərbi xidmətə çağırılıb. Hərbi xidmətə başladıqdan 10 gün sonra tabor komandiri tərəfindən döyülərək, 3 gün əşya otağında saxlanılıb. Özünə xəsarət yetirməyə çalışan Broyan daha sonra Kanaz hospitalına yerləşdirilib. Ona vurulan bəzi iynələrdən sonra danışma qabiliyyətini itirib və titrəməyə başlayıb.

Aleksanyan qeyd edib ki, yezidi hərbi qulluqçu Nubaraşendəki psixatriya xəstəxanasına köçürülsə də, normal müalicə almayıb: “Xəstəxanadan xaric edildikdən sonra o, yenidən qanunsuz olaraq hərbi polisə aparılıb və ixtiyarları olmadan onu hərbi hissəyə aparmağa cəhd ediblər. Broyan hərbi hissədə xidmət edə bilməz, o, daim titrəmələr içərisindədir. O, artıq 2 aydır danışmağa başlayıb, lakin titrəmələr hələ də davam edir”.

Yezidi hərbi qulluqçunun vəkili Hayarpi Sarkisyan da verdiyi müsahibəsində qeyd edib ki, Broyanın hərbi polisdə saxlanılmasına hər hansı əsas yoxdur.

“Onun hərbi polisdə müalicə edilməməsi dövlət tərəfindən pis münasibət göstərildiyinin nümunəsidir”, - deyə Sarkisyan əlavə edib.

Xatırladaq ki, iyulun 15-də Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi bəyanat yayıb. Bəyanata görə, Broyan xəstəxanadan xaric edilib və naməlum istiqamətə gedib. Hərbi polisin bəyanatında qeyd olunurdu ki, hərbi polis tərəfindən hərbi qulluqçunun anası ilə əlaqə saxlanılıb və anası oğlunun hərbi hissəyə qayıtmaq niyyətində olmadığını deyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Erməni hüquq müdafiəçiləri: “Yezidi hərbi qulluqçu daim titrəmələr içərisindədir”

2019/07/345-(-1563449912.jpg
Oxunub: 686     16:37     18 İyul 2019    