SHXÇDX rəhbərliyi İmişli və Ağcabədidə vətəndaşları qəbul edib

2019/07/7f493-1563448448.jpg
Oxunub: 393     15:21     18 İyul 2019    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov iyulun 18-də İmişlidə Beyləqan, Füzuli və İmişli rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Ordu.az-a verilən məlumata görə, qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

Elə həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Ağcabədidə Ağdam və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.

Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 30 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, şəhid adı və statusunun verilməsi, övladlarının təkrar tibbi müayinəyə göndərilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb olunma, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SHXÇDX   İmişli  

SHXÇDX rəhbərliyi İmişli və Ağcabədidə vətəndaşları qəbul edib

2019/07/7f493-1563448448.jpg
Oxunub: 394     15:21     18 İyul 2019    