Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Vayots Dzor vilayətinin, sakini 20 yaşlı hərbi qulluqçu, çavuş rütbəli əsgər yoldaşını cinsi xarakterli zorakılıq hərəkətlərinə məruz qoyduğu üçün şərti olaraq azadlıqdan məhrum edilib.
Erməni hərbi qulluqçu 14-28 dekabr 2018-ci il tarixləri arasında hərbi hissənin müdafiə zolağındakı atəş mövqeyində müşahidəçi olaraq xidmətə təyin edilib.
Məlumata görə, o, dekabrın 16-da səhərə yaxın döyüş mövqeyinin yataqxanasında yan çarpayıda yatmış halda köməksiz vəziyyətdə olan çavuşa qarşı homoseksual xarakterli hərəkətlərə yol verib.
Bu hərəkəti törədən hərbi qulluqçuya qarşı CM-nin müvafiq maddəsi ilə hərbi qulluqçuya qarşı zor tətbiq etməklə seksual xarakterli hərəkətlərə yol verdiyinə görə cinayət işi açılıb.
Məhkəmə iclasına başlayanadək təqsirli bilinən şəxs öz günahlarını qəbul etdiyini və məhkəmənin tezləşdirilmiş şəkildə aparılmasını xahiş edib. Nəticədə məhkəmə irəli sürülən ittihamın əsaslandırıldığını hesab edərək, onu mühakimə edib. Məhkəmə yüngülləşdirici amilləri nəzərə alaraq, onu 4 il müddətinə azadlıqdan məhrum edərək bu müddətin şərti olaraq, tətbiq edilməməsinə hökm verməklə, 1 illik sınaq müddəti təyin edib.
Qeyd edək ki, erməni hərbi qulluqçunun davranışına nəzarət hərbi hissə komandanlığının səlahiyyətinə verilib, tərxis edildikdən sonra isə Ədliyyə nazirliyinə həvalə edilib.
Alpər Mövludoğlu
Ordu.az