“Aprelə görə Qarabağdakı hərbi birləşmədən də dindirilənlər olacaq” - Köçəryan

2019/07/34534-1563439389.jpg
Oxunub: 12814     13:54     18 İyul 2019    
“Dindiriləcək vəzifəlilərin arasında Müdafiə Nazirliyindən, Qarabağdakı hərbi birləşmədən və digər qurumlardan şəxslər var”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı, aprel döyüşlərinin detallarını araşdıran istintaq komsisiyasının sədri Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, dindiriləcək, vəzifəli şəxslərin siyahısı xeyli təsirli və qənaətbəxşdir.

“Adlar çəkə bilməsəm də, qeyd edə bilərəm ki, dindiriləcək şəxslərin siyahısı 2016-cı ilin aprel ayının 2-6-dək olan müddətdə fəaliyyətdə olan vəzifəlilərdən ibarətdir”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   Ermənistan  


Bizi "telegram"da izləyin