Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan insan haqları müvəkkili Arman Tatoyana mətbuat konfransı zamanı “Yurik Broyan xidmətini davam etdirməlidirmi və ona qarşı işgəncə həyata keçirilibmi?” deyə sual ünvanlanıb.
Suallara cavab olaraq Tatoyan bildirib ki, bu gün yezidi hərbi qulluqçuya baş çəkmək niyyətindədir və yalnız bundan sonra baş verənləri dəyərləndirə bilər.
“Yezidi hərbi qulluqçu Yurik Broyanın işi üzrə insan haqları müvəkkilinin ofisi böyük iş həyata keçirib. Broyan Nubaraşendəki ruhi sağlamlıq mərkəzində yerləşərkən, onunla bağlı ekspertiza həyata keçirilirdi. İki gün qabaq ekspertiza başa çatıb və anası onu evə aparıb” - deyə Tatoyan daha öncə Ermənistan hərbi polisinin Broyanın qaçması ilə bağlı yaydığı bəyanatı yalanlayıb.
Alpər Mövludoğlu
Ordu.az