Yezidi hərbi qulluqçu ağır vəziyyətdədir - Ermənistan MN etnik ayrıseçkilik edir

2019/07/45645-1563434776.jpg
Oxunub: 829     11:12     18 İyul 2019    
“Broyan nəinki simulyant deyil, hətta onun hərəkətləri simulyantlıq xarakteri daşımır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə yezidi hərbi qulluqçunun maraqlarını müdafiə edən vəkil Hayarpi Sarkisyan Broyan ətrafında baş verənlərə toxunarkən deyib.

Onun sözlərinə görə, Broyan 15 gün müddətinə Kanaz hospitalında yerləşdiriləcək.

“Sabah yezidi hərbi qulluqçu Yurik Broyanı hərbi tibbi komissiyaya təqdim etmək mümkün ola bilər. Bundan sonra müəyyən edilmiş qaydalara uyğun olaraq 15 gün müddətində Kanaz hospitalında, daha sonra yekun rəy verilərək, hərbi xidmətə yararsız hesab oluna bilər. Artıq 7 aydır ki, “İnsan haqları naminə jurnalistlər” ictimai təşkilatı hərbi qulluqçu Yurik Broyan ətrafında yaranmış vəziyyəti izləyir. İctimai təşkilat hərbi qulluqçu ilə bağlı problemləri cəmiyyətin diqqət mərkəzinə çatdırmağa çalışıb və sanki arabanın yerindən tərpənməsi baş verməkdədir”, - deyə Sarkisyan qeyd edib.

Hazırda Broyanın hərbi polisdə olduğu vurğulanır. İctimai təşkilat Broyanın sağlamlıq vəziyyətinin pis olduğu, müalicəyə ehtiyacı olduğu və hərbi polisdə qanunsuz olaraq saxlanıldığına dair dəfələrlə bəyanat yayıb. Broyan nəinki simulyant deyil, hətta onun hərəkətləri simulyantlıq xarakteri daşımır. Lakin onun vəziyyəti hələ də ağır olmaqda davam edir.

Broyan heç vaxt məktəbə getməyib, yazıb-oxumaq bilmir. Anası Marine Broyanın dediklərinə görə, oğlunun uşaq yaşlarında psixoloji problemləri olub. Anası oğlunun hərbi xidmətdə daha da ağır vəziyyətə düşməsindən şikayətçidir.

Qeyd edək ki, keçən ilin avqust ayında Ermənistanda mərkəzi hərbi tibbi komissiya yüngül əqli çatışmazlıq diaqnozu təyin etməklə, Broyanı hərbi xidmətə məhdudiyyətlə yararlı hesab edərək orduya çağırıb. O, işğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşən 5-ci dağ atıcı alayında 49971 nömrəli hərbi hissədə xidmət etdiyi hərbi hissədə, hətta sıra addımlarını yerinə yetirə bilməyib. Addımlayarkən ayaqları zəifləyib. Nəticədə hərbi hissə komandanlığı hərbi qulluqçunun simulyant olduğuna qərar verib. Bununla da bu günə qədər davam edən problemlərin əsası qoyulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Yezidilər   İşgəncə  

Yezidi hərbi qulluqçu ağır vəziyyətdədir - Ermənistan MN etnik ayrıseçkilik edir

2019/07/45645-1563434776.jpg
Oxunub: 830     11:12     18 İyul 2019    