Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

2019/07/15179-1563353875.jpg
Oxunub: 13647     12:57     17 İyul 2019    
Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2019-cu il iyulun 14-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.

DİM-dən Ordu.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 1759 abituriyentdən 28 nəfər imtahanda iştirak etməmişdir. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-lisey   Qəbul  


Bizi "telegram"da izləyin