Ordu.az xəbər verir ki, xidmətin ekspertləri dünyanın 123 ölkəsində və 328 şəhərindəki cinayətkarlıq səviyyəsini təhlil ediblər.
Azərbaycan bu reytinqdə 34-cü yeri tutub (cinayətkarlıq indeksi - 32,68, təhlükəsizlik indeksi - 67,32).
Qətər dünyanın ən təhlükəsiz ölkəsidir. Orada cinayətkarlıq indeksi 12, təhlükəsizlik indeksi 88 baldır. Birləşmiş Ərəb Əmirlikləri (cinayətkarlıq indeksi - 15,52, təhlükəsizlik indeksi - 84,48) ikinci, Yaponiya (cinayətkarlıq indeksi - 15,91, təhlükəsizlik indeksi - 84,09) isə üçüncü sırada yer alıb.
Ən təhlükəli ölkələr sırasında Əfqanıstan, Papua Yeni Qvineya və Cənubi Afrika göstərilib.
Ordu.az