Ermənistan MN-in yezidi əsgərin hüquqlarını tapdaladığı rəsmən təsdiq edildi – VİDEO

2019/07/34534-1563352913.jpg
Oxunub: 852     14:43     17 İyul 2019    
Xəbər verdiyimiz kimi, Ermənistanda müalicə olunan yezidi hərbi qulluqçu Yurik Broyan huşsuz vəziyyətdə tibb müəssisəsindən təxliyyə edilib. Hər kəs 20 yaşlı yezidi hərbi qulluqçu ilə baş verən 1 illik cəhənnəm əzabının başa çatacağını gözləyirdi. Lakin...

Ermənistan Müdafiə nazirliyi 20 yaşlı yezidi hərbi qulluqçu Yurik Broyanı ölməkdən betər edib.

Məlumata görə, Yurikin əsəb sistemi il bağlı ağır xəstəliyi var. Həkimlər ona nə diaqnoz qoya, nə də müalicə edə bilirlər. O, çətinliklə hərəkət edir, daim gərginlik içərisindədir. Nubaraşendəki psixatriya sağlamlıq mərkəzində saxlanılan Yurikin sağlamlığındakı vəziyyət 1 illik mübarizədən sonra nisbətən reaksiya verməyə başlayırdı.

Yurik Broyanın hərbi xidmətə yararsız olması barədə həkim rəyi mövcuddur. Həkimlər nəhayət yezidi hərbi qulluqçunun anası Marine Broyana oğlunu evə aparmağa icazə veriblər, lakin oğlunu evə aparan Broyan Ermənistan Müdafiə Nazirliyi tərəfindən oğluna qarşı axtarış elan edildiyini öyrənib.

Ermənistan Müdafiə nazirliyi Broyanın ciddi sağlamlıq problemlərinin və zehni geri qalma xəstəliyinin olduğunu qəbul edir, lakin onun qanunsuz olaraq hərbi polisdə saxlanılmasına davam edir. Ermənistan Müdafiə Nazirliyi bəyan edir ki, tezliklə bu problemlə hərbi qulluqçuların orduya çağırılmasını qadağan edən qanunla layihəsi qəbul ediləcək. Bununla da Ermənistan Müdafiə Nazirliyi tərəfindən Yurik Broyanın hüquqlarının tapdalandığı ortaya çıxır.

İnsan haqları naminə jurnalistlər təşkilatının məsləhətçisi, vəkil Hayarpi Sarkisyan Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata münasibət bildirib.

Bildirilir ki, yezidi hərbi qulluqçu xəstəxanadan xaric edildikdən sonra həkimlər resept əsasında müəyyən dərmanlar təyin edib. Lakin hərbi polisdə bu dərmanların ona verilməsindən imtina ediblər. Onlar buna səbəb kimi həkimlərin verdiyi sənədlərin hərbi polisə təqdim edilmədiyini əsas gətiriblər.

Hazırda Broyan Ermənistanda müalicə edilməyən bir xəstəliyə düçar olub, digər tərəfdən o, hərbi qulluqçudur və tərxis edilməlidir. Həkimlər bildirir ki, Yurik Broyanın dərmanlarının həcmi artırılıb və indi onun bu dərmanlara daha çox ehtiyacı var.

Vəkil əlavə edir ki, hazırda dərmanlardan məhrum edilən Yurik Broyanın sağlamlığı təhlükə altındadır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Yezidilər   İşgəncə  

Ermənistan MN-in yezidi əsgərin hüquqlarını tapdaladığı rəsmən təsdiq edildi – VİDEO

2019/07/34534-1563352913.jpg
Oxunub: 853     14:43     17 İyul 2019    