Ermənistanda “Mənəm” layihəsi əsgər analarını ağlar qoyub

2019/03/14973-1552558161.jpg
Oxunub: 759     16:21     17 İyul 2019    
Ermənistanda “Mənəm” layihəsi çərçivəsində hərbi xidmətə cəlb edilən əsgərin vəziyyəti ağırdır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 19 yaşlı Spitak şəhər sakini müddətli xidmət hərbi qulluqçusu Armen Paravyan “Mənəm” layihəsi çərçivəsində 1 ilə yaxındır ki, işğal altında olan Əsgəran istiqamətində dislokasiya olunan qanunsuz hərbi hissələrdən birində qulluq edir.

Məlumata görə, artıq 3-cü aydır ki, hərbi hissə komandanlığı qanunsuz olaraq, hərbi qulluqçunu məzuniyyətə getmə hüququndan məhrum edir.

Erməni hərbi qulluqçunun anası Qayane Paravyanın özlərinə görə, oğlunun məzuniyyətdən məhrum edilməsinin səbəbi məlum deyil.

““Mənəm” layihəsi çərçivəsində 5 aylıq hərbi hazırlıqdan sonra hərbi qulluqçuya hər ay 7 gün məzuniyyət verilir. Hər ay hərbi qulluqçular Ermənistan hökumətinin müvafiq qərarına əsasən 35 min dram çərçivəsində maddi vəsaitlə təmin olunurlar. Bu vəsait onun qidalanması və evə gedib gəlməsi xərclərini təmin edir.

Onun həmin maddi vəsaitə ehtiyacı yoxdur, lakin oğlumun evə gəlib-getməsini istəyirəm. Artıq 1 ilə yaxındır qulluq edən oğlumun səhhətində problemlər yaranıb. Həkimlərin rəyinə əsasən, onda qarın yırtığı var. İlkin hazırlıq dövründə qrijadan əməliyyat oldunub. Əvvəllər vəziyyəti yaxşı idi, daha sonra pisləşdib”, - deyə erməni hərbi qulluqçunun anası şikayətlənib.

Paravyan qeyd edib ki, mayın 12-də oğlunun vəziyyəti yenidən pisləşib və onda maye ilə dolu kistal aşkarlanıb, həmçinin yeni yırtığın əmələ gəlməsi barədə də məlumatlandırılıblar.

“Hərbi hissə komandalığı yenidən əməliyyat olunacağını vəd etsə də, naməlum səbəblərdən bu vədə əməl edilməyib. Qəribə hadisələr baş verdi. Hərbi hissə komandanlığı xəstə, qarın nahiyəsində yırtığı olan oğluma layiqincə tibbi yardım göstərmir, eyni zamanda onu məzuniyyətdən qanunsuz olaraq məhrum edir. Müdafiə Nazirliyinə məlumat verdim. Tədbir görüləcəyi vəd edilsə də, heç bir tədbir görülmədi.

Paşinyana və Müdafiə nazirinə məktub yazaraq, müalicə edilməsini və məzuniyyətə gəlməsi hüququndan istifadə olunmasına şərait yaradılmasını tələb etdim. Lakin bu müraciətlər də nəticəsiz qaldı”, - deyə erməni hərbi quluqçunun anası vurğulayıb.

Bildirilir ki, Paravyanlar ailəsinin oğlu “Mənəm” layihəsi çərçivəsində hərbi xidmətə cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Zorakılıq  

Ermənistanda “Mənəm” layihəsi əsgər analarını ağlar qoyub

2019/03/14973-1552558161.jpg
Oxunub: 760     16:21     17 İyul 2019    