Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri İstintaq Komitəsinin rəhbəri, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan deyib.
Onun sözlərinə görə, istintaq mərhələsi komissiyanın bütün üzvlərinin iştirak etdiyi iclasda tam həyata keçiriləcək.
“Məzuniyyət dövrü olduğu üçün komissiya üzvlərinin bir hissəsini sənədlərlə işləyirəm. Dinlənilməsi üçün komissiyaya kimsə çağırılmalı olduqda, dünyanın hansı küncündə olursa olsun komissyanın bütün üzvləri iclasda iştirak edəcək. Bu sentyabrdan tez baş verə bilməz. İndiki və ya sabiq vəzifəli şəxslərin komissiyaya gələrək, hər hansı məlumat verməkdən imtina edə biləcəyini təsəvvür etmirəm”, - deyə komissiya sədri bildirib.
O qeyd edib ki, bu ay Ohanyan dindirilməsə də dəvət olunacaq, əlavə suallar yarandığı təqdirsə isə Serj Sarkisyanın da dəvət ediləcəyi istisna edilmir.
“Sabiq müdafiə naziri Seyran Ohanyan hansısa təhlil keçirib və bilmirsən niyə Müdafiə Nazirliyinin seyflərində saxlayıb”, - deyə Köçəryan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az