Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, aprel döyüşlərini araşdıracaq, Ermənistan parlamentinin istintaq komissiyası ötən gün işgüzar iclasını keçirib.
“Komissiya demək olar ki, hər gün işgüzar müzakirələr keçirir, həftədə bir dəfə isə iclas baş tutur. Verilən məlumata görə, aprel döyüşləri ilə bağlı bütün sənədlər Müdafiə Nazirliyindən komissiyaya daxil olub və hazırda bu sənədlərin araşdırılması aparılır. Sənədlər araşdırıldıqdan sonra ilk olaraq, kimin komissiyaya dəvət ediləcəyi və hansı sualların veriləcəyinə qərar veriləcək. Qarabağdakı Ermənistan ordusunun qərargahından hələlik hər hansı sənəd tələb edilməyib”, - deyə erməni nəşri bildirir.
Nəşr qeyd edir ki, ötən gün keçirilən iclasda Ermənistan Milli Təhlükəsizlik Xidmətindən də hər hansı sənədlərin tələb olunması üçün müraciət edildiyi istisna olunmur.
“Potensial dindiriləcək, 20-30 nəfərdən ibarət şəxslərin siyahısı artıq tərtib edilib. Maraqlıdır ki, həmin dövrdə Ermənistanın ali baş komandanı olan Serj Sarkisyanın, həmçinin Bako Sahakyanın adları həmin siyahıda yoxdur. Lakin Ermənistan Müdafiə Nazirliyinin, o cümlədən Qarabağdakı Ermənistan ordusunun rəhbərliyinin yüksək vəzifəli sabiq və indiki komandirlərinin, hərbçilərinin nazir müavinlərinin, o cümlədən Levon Mnatsakanyanın, Seyran Ohanyanın, Movses Hakopyanın və digərlərinin adları var. Hələ ki, birbaşa məsul şəxsləri, iştirakçıları dindirməli olduqları və onların izahatlarından irəli gələrək, yeni şəxslərin dəvət edilib-edilməyəcəyi, o cümlədən Sarkisyan haqqında qərar veriləcəyi bildirilir”, - deyə “Hraparak” diqqətə çatdırır.
Alpər Mövludoğlu
Ordu.az