Keşikçidağ problemi…Azərbaycan-Gürcüstan sərhəddində kim nə istəyir?

2019/07/42933-1563346283.jpg
Oxunub: 2979     12:32     17 İyul 2019    
Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası getdiyi bir ərəfədə bir qrup gürcünün Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərlərinə hücum çəkməsi və hərbi qulluqçunun silahının əlindən alınması təbii ki, təxribatdır və bu təxribat üçün, məhz “Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində yerləşən məbədin seçilməsi heç də təsadüfi deyil.

Xatırladaq ki, bu il Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycan ərazisi olan “Keşikçidağ” Məbəd Kompleksinə keçidin asanlaşdırılması üçün azərbaycanlı həmkarlarına rəsmən müraciət ediblər və Azərbaycan-Gürcüstan münasibətlərinə uyğun olaraq, onlara müsbət cavab verilib. Növbəti həftə də eyni məzmunlu müraciəti Azərbaycan tərəfi anlayışla cavablandırıb.

Nə qədər qəribə olsa da, sözügedən qədim dini obyekt uzun illərdir ki, gürcülər üçün o qədər də ciddi əhəmiyyətə malik olmayıb. Amma birdən-birə bura diqqət artırılır, din xadimlərinin axını müşahidə olunur, ziyarətə gəlmək istəyənlərin sayı çoxalır və buradakı ziyarətlər gündəmə gətirilir. Bu aktivləşmənin fonunda isə xüsusi adamlar insident törətməyə meyilli olurlar...

Nəticədə isə milli-dini baxışlar aqressivləşdirilir, düşmənçilik hissləri artırılır.

Bütün bunların fonunda sadaladığımız və toxunmadığımız çoxlu məqamlar qaranlıq qalır. Eləcə də, məsələ ətrafında yaranan və ya meydana gələn suallar cavab axtarışındadır. Deməli, təsadüf heç nə yoxdur: Azərbaycanlıların “Keşikçidağ”, gürcülərin “David Qareçi” adlandırdığı məbədin ətrafında qurulan oyun ayrı-ayrı dinə mənsub olan iki xalq arasında nifaq yaratmaq üçün ən yaxşı vasitədir. Çünki Azərbaycan və Gürcüstanın qarşılıqlı münasibətləri həm dövlət səviyyəsində, həm də iki xalqın sıravi vətəndaşları müstəvisində çox yaxşı olduğundan sıravi azərbaycanlılar və gürcülər arasında törədilməsi mümkün olan hər hansısa başqa bir kriminal xarakterli təxribat milli, dini məsələ kimi qabarıq nəticə verə bilməzdi. Ona görə də, xalqlar arasında törədilməsi planlaşdırılan təxribatın ideya müəllifləri hər iki xalqın milli xüsusuiyyətlərini və öz milli keyfiyyətlərinə xas olan reaksiyalarını, ata biləcəkləri addımları hesablamamış deyildilər.

Əgər Azərbaycan gürcülərin məbədə keçidini asanlaşdırırsa, onda nə baş verir? “Keşikçidağ” insidentinin kökündə dayanan bir neçə məqama diqqət yetirək: Bu Məbəd Kompleksinin yerləşdiyi yüksəklik hələ Sovetlər dönəmində Azərbaycan ərazisi olub. SSRİ dağıldıqdan sonra Azərbaycan və Gürcüstan 480 kilometrlik məsafə boyunca uzanan sərhədlələrinin delimitasiya və demarkasiyasına başlayıb. Bunun üçün hər iki respublikada dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiya yaradılıb və indiyədək bu komissiyaların 11 dəfə iclası keçirilib. Hazırda 168 kilometrlik məsafə üzrə ekspertlərin iştirakı ilə iş aparılır.

Hadisələrin ardıcıllığına fikir versək, görərik ki, Azərbaycan, eləcə də Gürcüstan müəyyən qüvvələrin hədəfindədir və bu iki respublikaya qarşı törədilən təxribat xarakterli əməllər heç də sonuncu deyil.

Bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatları Konqresinin Azərbaycana mülki təyyarələri vurmaq imkanına malik silahların satışına qadağa qoyulması ilə bağlı qərar çıxardığı barədə xəbərlər yayıldı. Bu nə demək idi? Belə çıxır ki, Azərbaycan mülki təyyarələrə atəş açmaq fikrinə düşə bilər?! Yəni, Azırbaycan tərəfi Xocalı aeroportuna uçacaq mülki təyyarələri vuracaq.

Daha sonra isə Xocalı aeroportunun açılmasına dair eyhamlar səsləndirildi… Halbuki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və hava sərhədlərini pozan istənilən hava nəqliyyatı vasitəsi, hərbi təyyarə dərhal vurulacaq.

Bu xəbərlərin yayılmasının ardınca Gürcüstanla sərhəddə insident baş verir və bir qrup gürcü Azərbaycan sərhədçisinin silahını əlindən alır, bunu video şəklində görüntüləyib sosial şəbəkələrdə paylaşır və gürcü polsi dərhal hadisə ilə bağlı açıqlama yayır.

Başqa vaxt elementar hadisələrə dərhal reaksiya verən Birləşmiş Ştatlarının rəsmi dairələri Azərbaycan və Gürcüstan arasında törənmə ehtimalı an məsələsi olan gərginliklə bağlı narahatlıq ifadə etmir. Edirlərsə də, bu, ictimaiyyətə açıqlanmır. Amma Ermənistan-Azərbaycan cəbhəsində aktivləşmə müşahidə olunduğu zaman Birləşmiş Ştatların müxtəlif kateqoriyalardan ola təmsilçiləri, ən azından Bakıdakı və ya İrəvandakı səfirlikləri hər iki tərəfi atəşkəs rejiminin möhkəmliyini qorumağa çağırır.

Maraqlısı budur ki, “Keşikçidağ” ətrafında baş verənlər, bu gün siyasi, iqtisadi, hərbi, mədəni əlaqələri yuxarı səviyyədə olan azərbaycanlılar və gürcülər arasında törənə biləcək milli, dini, mədəni və humanitar problemin işartılarıdır.

Təsəvvür edək ki, “Keşikçidağ”da Azərbaycan əsgəri bir və bir neçə gürcünü sərhəd pozuculuğuna görə güllələyib. Nəticədə nə baş verir?! Emosional və aqressiv gürcülərdən ibarət kütlə qisas almaq üçün qızışdırılır və Gürcüstan ərazisindən tranzit kimi istifadə edən Azərbaycan dövlət nömrə nişanlı avtomobillərə, bu respublikanın turizm bölgələrində olan azərbaycanlı turistlərə, qonşu respublikada ticarətlə məşğul olanlara, Azərbaycan şirkətlərinin Tiflis və digər şəhərlərdəki ofis və ya nümayəndəliklərinə hücumlar təşkil edilir... Bu hücumlara adekvat olaraq Gürcüstanda yaşayan azərbacanlılar ayağa qaldırılır... Proseslər hər hansısa formada başqa-başqa məcralara yönəldilir və nəzarətdən çıxarılır. Milli münaqişə dövlətlərarası qarşıdurmaya qədər yüksəlir. Daha sonra “İki dövlət bir millət” prinsipiylə Azərbaycanla strateji müttəfiq olan Türkiyənin də bu hadisələrə cəlb olunmasına nail olunur və sayrə və ilaxır...

Təbii ki, bütün bunlar nəzərdə tutulan planın çox az bir qismidir. Hər halda, Azərbaycan sərhədçisi məbəd ətrafında baş verənlər zamanı insident törədən gürcülərə atəş açmış olsaydı, yuxarıda sadalalanlardan daha çox xoşagəlməz hadisələrin şahidi və ya iştirakçısı olacaqdıq.

Bu qənaətə gəlmək olar ki, hansısa siyasi prosesin başlanğıcı hesab oluna biləcək bu insident, xristian-müsəlman qarşıdurmasının növbəti mərhələsi kimi xaraketirzə edilə və dərinləşdirilə bilər.

Belə olan halda, sual meydana çıxa bilər ki, Azərbaycana Qərb dünyasında münasibət bəllidir... Bəs “canfəşanlıq”la NATO və Avropa İttifaqına qəbul eləmək istədikləri Gürcüstan kimin və ya nəyin güdazına gedir?

Görünür ki, son illər Rusiya ilə münasibətləri yumşaltmağa çalışan rəsmi Tiflisin bu istəyi qərb dairələrinin xoşuna gəlməyib. Tiflisdə baş verən son hadisələr də bunun tərkib hissəsi və əyani sübutu idi.

Ona görə də, bir müddət əvvəl ermənilərin Gürcüstan ərazisindəki bütün kilsələrlə bağlı ortaya atdığı iddialarla, gürcülərin Azərbaycan ərazisində yerləşən qədim alban məbədi ətrafında yaratdıqları qalmaqal arasında ciddi bağlılıqların olduğuna dair ehtimallar özünü doğruldur.

Bir tərəfdən də, erməni lobbisinin təkid və təsiri ilə Azərbaycandan Xocalı aeroportunun istifadəsinə icazə verilməsini tələb edən Qərbə verilən yox cavabının cavabsız qalmayacağı da şəksizdir. Mümkündür ki, “Keşikçidağ” hadisəsi hər iki dövlətə başqa-başqa maraqlar naminə eyni anda verilmiş təhdid mesajıdır. Xüsusilə də, nəzərə alaq ki, hadisələr Gürcüstan rəsmi nümayəndə heyətinin Azərbayacana səfəri ərəfəsində və Türkiyə-Azərbaycan-Gürcüstanın birgə hərbi təlimlər keçirmək istədiyi dövrə təsadüf edir. Bir sözlə, son illər daha çox sıxlaşmağa və ya möhkəmlənməyə doğru gedən Türkiyə-Azərbaycan-Gürcüstan münasibətlərinin başqa qüvvələr tərəfindən qısqanclıqla qarşılanmayacağını da nəzərə almaq lazımdır.

Belə olan halda Azərbaycan və Gürcüstan tərəfinin hansısa biri kiçik yanlışlığa yol versə, Cənubi Qafqaz regionunda daha bir münaqişə ocağının alovlanması qaçılmaz olacaq.
Anoloji problemlər ötən əsrin sonuncu onilliklərində ermənilərlə azərbaycanlılar arasında başladı və 30 illik müharibə tarixinə səbəb oldu. Hansı ki, bu gün də, həmin müharibənin həlli sual altında qalır.

Ola bilər ki, Gürcüstan və Azərbaycan arasında ciddi münaqişə yaratmaq cəhdi bölgədə növbəti onilliklər üçün hazırlanmış hansısa planın tərkib hissəsidir və bunun reallaşması üçün çoxsaylı cəhdlərin olacağı yüksək ehtimalla ölçülür.

Çünki Abxaziya və Cənubi Osetiya problemlərindən yaxa qurtarmamış, ciddi iqtisadi asılılığı olan Azərbaycanla milli münaqişə zəminində qarşıdurma Gürcüstan üçün heç arzuolunan deyil.

Teymur Zahidoğlu
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Keşikçidağ  

Keşikçidağ problemi…Azərbaycan-Gürcüstan sərhəddində kim nə istəyir?

2019/07/42933-1563346283.jpg
Oxunub: 2980     12:32     17 İyul 2019    