Gədəbəy rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib

2019/07/04e01-1563285646.jpg
Oxunub: 1122     17:59     16 İyul 2019    
İyulun 16-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gədəbəy rayon şöbəsinin təşkilatçılığı, rayon icra hakimiyyətinin, ehtiyata buraxılmış gənclərin valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Gədəbəy rayon mərkəzində yerləşən abidəsi önünə gül dəstələri qoyub və dərin ehtiramlarını bildiriblər. Sonra dahi şəxsiyyətin adını daşıyan mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətinə dair stendlərlə tanış olublar.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesindən söz açıb, gəncləri müddətli həqiqi hərbi xidməti uğurla başa vurmaları münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.

SHXÇDX-nin Gədəbəy rayon şöbəsinin rəisi, polkovnik-leytenant Eldəniz Süleymanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daim güclənən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər bir gəncin bundan sonra da ölkəmizin inkişafı naminə çalışacağına əminliyini ifadə edib.

Valideynlər adından çıxış edən Zakir Qasımov övladlarının hərbi xidməti uğurla başa vurması ilə fəxr etdiklərini bildirib, bu gün hər bir Azərbaycan vətəndaşının torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazır olduğunu diqqətə çatdırıb.

Silahlı Qüvvələrdən ehtiyata buraxılmış Aqil Hüseynli Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmətin hər bir vətəndaş üçün şərəf olduğunu vurğulayıb.

Tədbirdə, həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verilib, onların hüquq və vəzifələri diqqətlərinə çatdırılıb.

Sonda ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SHXÇDX  

Gədəbəy rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib

2019/07/04e01-1563285646.jpg
Oxunub: 1123     17:59     16 İyul 2019    