Yezidi əsgərin anası oğlunu hərbi hissəyə qaytarmaqdan imtina edir

2019/07/51828-1562754685.jpg
Oxunub: 503     11:26     16 İyul 2019    

Yezidi hərbi qulluqçu Yurik Broyanın anası Marine Broyan oğlunu orduya qaytarmaqdan imtina edir.

Ordu.az xəbər verir ki, bu barədə dünən erməni KİV-lərinə açıqlamasında hərbi qulluqçunun anası Marine Broyan deyib.

Onun sözlərinə görə, oğlu hərbi xidmətdən yayınmasa da, hazırda qulluğunu davam etdirmək qabiliyyətində deyil.

“Oğlum indiyədək ordudan miras qalmış xəstəlikləri daşıyır. O, Sovetaşendə yerləşən psixatriya xəstəxanasına yerləşdirilib və ötən gün xəstəxanadan xaric edilib. Hüquqşünas mənə dedi ki, Broyanın Muratsan hərbi hospitalına köçürülməsi barədə razılıq əldə edib.

Oğlumu xəstəxanaya yerləşdirmək istəsəm də onu qəbul etmirlər. Oğlum hərbi hissədə cəmi 11 gün xidmət edib, daha sonra Xankəndindəki psixatriya xəstəxanasına, oradan Kanaz hospitalının psixatriya bölməsinə yerləşdirilib. Oradan da təkrarən hərbi hissəyə göndərilib. Hərbi hissəyə gedərkən vəziyyəti pisləşən oğlum yenidən Xankəndi və Kanaz psixatriya şöbələrinə yerləşdirilib.

Həkimlər müəyyən saxta sənədlər tərtib etməklə, guya oğlumu müalicə etdiklərini deyirlər. Daha sonra hərbi xidmətdən yayınma maddəsi üzrə cinayət işi açıblar. Oğlumu bu vəziyyətə orduya və hərbi hospitala salıblar. Oğlum nə addımlaya, nə də danışa bilir. Onu hərbi polisin qəbul etmə və paylama şöbəsinə aparıblar. Onu müalicə olunacağı ilə bağlı aldadıblar. Daha sonra hərbi polisdə ona qarşı təzyiqlər edilib və rəis müavini tərəfindən dəfələrlə döyülüb”, - deyə Broyanın anası bildirib.

O qeyd edib ki, Tonoyan və Paşinyan vəziyyətdən xəbərdar olsalar da, heç bir köməklik göstərməyiblər.

“Müdafiə naziri Davit Tonoyan və Baş nazir Nikol Paşinyan problemlə bağlı xəbərdardır. Müdafiə Nazirliyinin qaynar xəttinə hadisə barədə məlumat verilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan yalan məlumat yayaraq, guya mən psixatriya xəstəxanasından Broyanı oğurlayıb evə aparmışam.

Həkim oğlumu xəstəxanadan xaric etdikdən sonra aparılacaq yer olmadığına görə evə aparıb və yemək verdikdən sonra Muratsan hospitalına yerləşdirdim. İndi isə hospitalda onu qəbul etmirlər. Oğlumun həkimlər üçün gülüş mövzusuna çevrildiyindən narahatlıq keçirirəm. Həkimlər mənə dedi ki, oğlumun taleyi əllərindəki kağız və qələmdən asılıdır. Onlar dedilər ki, yezidi milliyətindənsən və ən azı 100 baş heyvanın var. Onlardan sat, gətir oğlunu hərbi xidmətə yarasız yazaq”, - deyə Boryanın anası həkimlərin ona iyrənc bir təklif etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, ötən gün iyunun 15-də Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan “Facebook” səhifəsində qeyd edib ki, hərbi qulluqçu müalicə aldıqdan və xəstəxanadan xaric edildikdən sonra hərbi hissəyə qayıtmaq niyyətində deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Yezidilər   İşgəncə  

Yezidi əsgərin anası oğlunu hərbi hissəyə qaytarmaqdan imtina edir

2019/07/51828-1562754685.jpg
Oxunub: 504     11:26     16 İyul 2019    