Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçusu qəza törədib: 5 yaralı

2019/07/345_1-1563275260.jpg
Oxunub: 19842     15:05     16 İyul 2019    
Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müqaviləli xidmət hərbi qulluqçusu yol qəzasına düşüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2019-cu il iyulun 15-də saat 15:40 radələrində Ermənistanın Ararat vilayəti ərazisində İrəvan-Yerasx yolunun 44-cü km-də Ayqavan kənd inzibati ərazisində iki “Mercedes C-180” markalı avtomobil toqquşub.

Məlumata görə, “Mercedes” markalı avtomobillərdən birinin sürücüsü, Ararat şəhər sakini 40 yaşlı H.Henrik və onun bir sərnişini, həmçinin Gorus şəhər sakini, digər avtomobilin sürücüsü 23 yaşlı M.Sevak və onun 3 nəfər sərnişini bədən xəsarətləri ilə Ararat və Vedi şəhər xəstəxanalarına təxliyyə ediliblər.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib. Baş vermiş hadisə ilə əlaqədar cinayət materialları hazırlanır.

Qeyd olunur ki, sürücülərdən biri 40 yaşlı H.Henrik Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müqaviləli xidmət hərbi qulluqçusudur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qəza   Yaralı  


Bizi "telegram"da izləyin