“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar

2019/07/0f293-1563208743.jpg
Oxunub: 721     20:38     15 İyul 2019    
İyulun 15-də “Gənc Heydərçilər”in hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınması mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan ənənəvi düşərgənin əsas məqsədi gənclərin sağlam ruhda böyüməsinə, idmana marağının artırılmasına və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsinə nail olmaqdır.

Zabitlər bağında keçirilən yolasalma mərasimində Müdafiə Nazirliyinin zabitləri, Nəsimi rayonunun rəhbərliyi, ictimaiyyətin nümayəndələri, valideynlər və yeniyetmələr iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestr Azərbaycan Respublikasının Dövlət himnini səsləndirib.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbir iştirakçılarını Müdafiə Nazirliyinin adından salamlayaraq bildirib ki, bu layihə artıq ənənəvi xarakter alıb. “Bütün bunlar hamısı dövlətimizin Azərbaycan gəncliyinə, Azərbaycan uşaqlarına yaratdığı şəraitdir. Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına yönəldilmiş siyasətin bir hissəsidir”, - deyə general-mayor R.Əliyev bildirib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov gənclərimizdə hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi, hərb sənəti, hərbi xidmətlə tanışlıq və istirahətlərinin səmərəli keçirilməsi məqsədilə keçirilən tədbirlərə görə Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeniyetmə və gənclərin sağlam böyüməsi, onların Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan danışıb.

Mərasimdə bildirilib ki, düşərgəyə rayonun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri, həmçinin şəhid olmuş, eləcə də ön xətdə xidmət edən hərbi qulluqçuların övladları göndərilib. Yeniyetmələr hərbi hissə, əsgərlərin gündəlik həyatı və məişət şəraiti ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Bu da onların hərbi xidmətə daha yaxşı hazırlanmasına, onlarda hərbçi peşəsinə marağın artırılmasına töhfə verəcək.
Tədbirdə Nəsimi rayon Uşaq İnkişaf Mərkəzinin yaradıcı kollektivinin ifasında milli rəqslərimiz nümayiş etdirilib.

Yola düşməzdən əvvəl “Gənc Heydərçilər” Fəxri Xiyabanda ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri qoyublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MN   Gənc-Heydərçilər  

“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar

2019/07/0f293-1563208743.jpg
Oxunub: 722     20:38     15 İyul 2019    