Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Əfqanıstanın Uruzqan əyalətinin mərkəzi Qizab rayonunun koalisiya qüvvələrinin tərəfindən bombalanması nəticəsində 35-dən çox dinc sakin ölüb.
Məlumata görə, əyalətin Qizab rayonunun Xələc kəndi bombalanıb.
Qeyd edək ki, Qizab rayonuna əsasən, "Taliban" qiyamçıları nəzarət edir.
Sevinc Əliyeva
Ordu.az