Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin yaydığı bəyanatında bildirib.
Məlumata görə, Broyan tibb müəssisəsində müalicədən sonra xaric edilsə də, xidmət yerinə qayıtmayıb və naməlum istiqamətə gedib.
Hərbi polis əməkdaşları erməni əsgərin anası ilə əlaqə saxlasa da, o bildirib ki, oğlu hərbi hissəyə qayıtmağa hazırlaşmır.
Sıravi Broyan “Ruhi Sağlamlıq üzrə Milli Komitə” QSC-yə 6 iyun tarixində köçürülüb.
Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin hərbi qulluqçunun hərbi hissəyə qaytarılması istiqamətində tədbirlər gördüyü bildirilib.
Qeyd edək ki, miliyyətcə yezidi Yurik Broyan Armavir vilayətinin Üçmüədzin rayon Crarat kənd sakinidir. O, Ermənistan Müdafiə Nazirliyi tərəfindən "simulyant" adlandırılıb və qeyri-insani şəraitdə olan psixatriyaya müayinəyə göndərilib. Bu baxımdan, təxminən 5 aydır danışa bilməyən yezidi əgərinin qaçması Ermənistan Müdafiə Nazirliyi tərəfindən təsadüfi hal hesab edilməməlidir.
Xatırladaq ki, Ermənistan MN-in zorakılıqla bağlı halları təkzib etməsinə baxmayaraq, redaksiyamız dəfələrlə yezidi əsgərin problemi barədə faktları işıqlandırıb.
Alpər Mövludoğlu
Ordu.az