"Ermənistan ordusunda generator obyektləri olsa da, bu kifayət etmir" - Davtyan

2019/07/45645-1563186912.jpg
Oxunub: 736     12:18     16 İyul 2019    
"Ermənistan Silahlı Qüvvələrinin elektrik enerjisinin avtomatik qidalanma sistemini təmin etmək istiqamətində məqsədyönlü iş aparılmalıdır".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın enerji təhlükəsizliyi insitutunun sədri Vahe Davtyan iyulun 10-da enerji sistemində baş verən qəza ilə bağlı KİV-lərə verdiyi müsahibəsində bildirib.

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin avtomatik enerji ilə təminatı işi ilə bağlı məqsədyönlü fəaliyyət aparılmalıdır.

Onun fikrincə, hazırda iki versiya var və hər iki versiya reallığa yaxındır. Birinci halda o hesab edir ki, İranın enerji sistemində baş verən qəza, Ermənistandakı enerji sisteminə təsir edib. Davtyan bunu deməklə, İranla Ermənistan arasında qarşılıqlı enerji mübadiləsi zamanı baş verən qəzanın hər iki ölkəyə təsir etdiyini nəzərdə tutduğunu qeyd edib və belə bir hadisənin 2013-cü ildə baş verdiyini vurğulayıb.

İkinci versiyada isə Davtyan, iyun ayının 1-dən etibarən Ermənistan atom elektrik stansiyasının planlı təmirdə olması və enerji təminatının əsas yükünün Hrazdan istilik enerji stansiyasının 5-ci bloku və İrəvan istilik stansiyasının üzərinə yüklənməsindən yarana biləcəyini hesab edib. Ermənistandakı istilik elektrik stansiyalarının bu yükü qaldırmaq qabiliyyətində olmadıqları ortaya çıxıb.

Bununla bağlı Vahe Davtyan bildirir ki, de-fakto müharibə şəraitində olan ölkə kimi belə hallar mütləq nəzərə alınmalıdır.

"Bununla da Ermənistan Silahlı Qüvvələrinin elektrik enerjisi sisteminin avtomatik qidalanmasının təmin edilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır. Hazırda Silahlı Qüvvələrdə bu cür böhran halları üçün nəzərdə tutulmuş generator obyektləri olsa da, bu kifayət etmir", - deyə o vurğulayıb.

Bu cür halın bir sıra təhlükəsizlik təhdidləri yaratdığını qeyd edən Davtyan, son dövrlərdə dünyada enerji təminatı dispetçer sistemlərinə kiber hücumların artdığını nəzərə almağın zəruriliyini vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

"Ermənistan ordusunda generator obyektləri olsa da, bu kifayət etmir" - Davtyan

2019/07/45645-1563186912.jpg
Oxunub: 737     12:18     16 İyul 2019    