Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda bir qrup ehtiyatda olan hərbçi etiraz aksiyası keçirib.
Qafan "Azadlıq döyüşçüsü" komitəsinə rəhbərlik edən Xoren Harutyunyanın sözlərinə görə, hakimiyyət dəyişikliyindən sonra komitənin işində heç nə dəyişməyib.
"Əvvəlki qanunvercilikdə mübarizədə iştirak etmiş bir neçə deputat onlara göstəriş vermək üçün bizim adlarımızı verirdilər. Yəni, bizi unutmamışdılar, hardasa məsələlər həll edilirdi, lakin indi bizim adımızı verən də yoxdur", - deyə o şikayətlənib.
Digər ehtiyatda olan erməni hərbçilər də Paşinyan hakimiyyətinin onlara qarşı diqqətsizlik nümayiş etdirdiyini, təminatları ilə bağlı verilən vədlərin yerinə yetirilmədiyini qeyd ediblər.
Alpər Mövludoğlu
Ordu.az