Təhqirlərə dözməyib intihar edən erməni əsgərin işindən yeni DETALLAR

2019/07/ermen-1563180533.jpg
Oxunub: 899     12:47     16 İyul 2019    
Ermənistanın Sünik vilayət məhkəməsində erməni hərbi qulluqçunun işi üzrə apelyasiya şikayətinə baxılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sıravi erməni əsgər Ç.Narek raket heyətinin komandiri olaraq hərbi xidməti vəzifə borclarını yerinə yetirərkən tabeliyində olan sıravi əsgər H.Sevakı vaxtaşırı incitdiyi və təhqir etdiyinə görə ittiham edilir.

İttihama əsasən, 2016-cı ilin yanvar ayının əvvəlindən martın 24-dək Narek mütəmadi olaraq əsgər Sevaka qarşı hörmətsiz yanaşıb, onu daim məzəmmət edib. O, Sevakı hərbi xidməti vəzifə borclarından irəli gəlməyən, əsgər üçün alçaldıcı hesab edilən işlər görməyə məcbur edib. Belə ki, o, Sevakı öz əvəzinə hərbi təchizatını götürməyə, daşımağa, çarpayısını səliqəyə salmağa, nəzərdə tutulandan daha çox təmizlik işləri görməyə məcbur edib, mobil telefonunu əlindən alaraq istifadə etməklə yanaşı, daim təhqiredici ifadələrlə alçaldıb.

Nəhayət sonuncu dəfə 21 mart 2016-cı ildə saat 21:30 radələrində axşam yoxlaması zamanı qeydiyyat jurnalını bölükdə unudan heyət komandiri Ç.Narek, onu gətirmək üçün H.Sevakı bölüyə göndərib. Onun gec gəldiyini görən Narek əsgər Sevakın ünvanına digər əsgərlərin iştirakında təhqiredici ifadələr səsləndirməyə başlayıb.

Bundan başqa Narek spirtli içki təsiri altında olmaqla, 16 mart 2016-cı il tarixində əsgər Sevaka qarşı zor tətbiq edərək, onun mobil telefonunu əlindən almağa cəhd edib.

Mütəmadi olaraq təhqirlərə məruz qalan H.Sevak 2016-cı il 24 mart tarixində saat 09:10 radələrində hərbi hissənin atış sahəsində ona təhkim edilmiş silahdan atəş açaraq intihar edib.

İttiham edilən Narek əsgər Sevakın özünü öldürməsində və onu intihar həddinə çatdımasında ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Məhkəmə Narekin ifadələrinin səmimi olmadığına, eyni zamanda uzun müddət keçdiyinə görə Narekin yol verdiyi zorakılıq hadisələrinin bəzi məqamları üzrə istintaq işinə xitam verib.

Narek CM-nin 2 maddəsi üzrə günahkar bilinərək 4 il 3 ay 5 gün müddətinə azadlıqdan mərhum edilib.

İttihamçı tərəf isə apelyasiya məhkəməsinə müraciət edərək, Narekə qarşı 6 il 3 ay 5 gün müddətinə azadlıqdan mərhumetmə cəzası verilməsini tələb edib.

İttiham edilən tərəf isə Narekə bəraət verilməsini və ya cinayət işini ilkin istintaqa geri qaytarılmasını tələb edib.

İlkin istintaq zamanı yol verilən bir sıra nöqsanları nəzərə alaraq, Apelyasiya məhkəməsi Sünik vilayət məhkəməsinin hökmünü ləğv edib, yenidən ilkin istintaq üçün geri göndərməyə dair qərar verib.

Ç.Narekə qarşı yaşayış yerini tərk etməmə barədə qərar qüvvədə saxlanılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Dedovşina   İntihar  

Təhqirlərə dözməyib intihar edən erməni əsgərin işindən yeni DETALLAR

2019/07/ermen-1563180533.jpg
Oxunub: 900     12:47     16 İyul 2019    