Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Qarik Keryan ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsinə toxunarkən bildirib.
Onun sözlərinə görə, Ermənistanın əsas hərbi-siyasi müttəfiqi olan Rusiya faktiki olaraq, Türkiyə ilə ciddi hərbi-siyasi əməkdaşlığa başlayır.
"S-400 zenit raket komplekslərinin əldə edilməsi Türkiyənin bölgədəki təsirini xeyli dərəcədə artırır. Bununla da Türkiyənin maraqları nəzərə alınmadan Suriya böhranının nizamlanması mümkünsüz olacaq", - deyə Keryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az