Erməni KİV-ləri: ABŞ erməni gündəmi vasitəsilə siqnal verir

2019/07/0-=-1563177127.jpg
Oxunub: 897     15:51     15 İyul 2019    
Ötən gün ABŞ Konqresinin nümayəndələr palatası erməni lobbisinin təsiri altında olan konqresmenin işğal altında olan Qarabağla bağlı iki təşəbbüsünü təsdiqlədi.

Bunlardan biri cəbhədə atəşkəsin qorunması və araşdırılması mexanizminin yerləşdirilməsi, digəri isə Xankəndi hava limanınına uçuşlar etmək istəyən mülki təyyarələrə zərbə endirmək imkanına malik silahların Azərbaycana satışının qadağan olunması haqqındadır.

Məlumdur ki, Konqresin nümayəndələr palatasının bu qərarları hələ ABŞ-ın icra siyasəti deyil. Ən azı ona görə ki, bu qərarlar hələ senatda təsdiqlənməyib.

Eyni zamanda, bunun erməni lobbisinin fəaliyyətinin nəticəsi olduğu da anlaşılandır. Yeri gəlmişkən, hazırda erməni KİV-ləri bu barədə olduqca təxribatçı informasiyalar yaymaqdadır.

Məsələn, erməni KİV-lərindən biri informasiya üzərində olduqca çevik manipulyasiya edərək yazır: "Nəzərə almaq lazımdır ki, ABŞ həddindən artıq ciddi dövlətdir və kifayət qədər dayanıqlı, formalaşmış siyasi sistemə malikdir. Bu da lobbilərin təsiri altına düşməməyə (?) imkan verir. İndi isə böyük hesabla, lobbilər ayrı-ayır problemlərin uğur əldə etməsinə məsələnin ABŞ maraqlarına cavab verdiyi halda nail olurlar.

Beləliklə, ABŞ siyasəti bölgəyə iki güclü siyasi siqnal verir. Bununla da bu yalnız Azərbaycan, yaxud Ermənistan-Azərbaycan mənasını deyil, özündə geniş dairəni ehtiva edir.

Nəhayət ABŞ-ın bu siqnalı, həmçinin İrana da siqnaldır. Ona görə ki, Birləşmiş Ştatlar status-kvonun qorunmasını gündəmə uyğun hesab edir.

Nəticədə, erməni gündəmi çərçivəsində indiki gərgin şəraitdə ABŞ Konqresi faktiki olaraq, Tehrana iki incə siqnal ünvanlayır”, - deyə erməni nəşri Azərbaycana qarşı qəbul edilən təxribatçı qətnaməni İrana doğru istiqamətləndirir.

Qeyd edək ki, nəşr ABŞ Konqresi tərəfindən konkret olaraq Tehrana hansı siqnalların ünvanladığını açıqlamayıb. Təbii ki, burada ABŞ-İran qarşıdurması zamanı Ermənistanın Moskva-Tehran cütlüyünün əhatə dairəsindən uzaqlaşdırılması versiyası məntiqli görünə bilər. Lakin bu o demək deyil ki, hər hansı qlobal qarşıdurmada Boltonun dediyi kimi “strateji ölkə” hədəf seçilməli, işğaldan əziyyət çəkən ölkənin tarixi haqları görməzdən gəlinməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Konqres   Təxribat  

Erməni KİV-ləri: ABŞ erməni gündəmi vasitəsilə siqnal verir

2019/07/0-=-1563177127.jpg
Oxunub: 898     15:51     15 İyul 2019    