Tonoyanın müavini hərbi xidmət keçməklə bağlı imtahanda maxinasiyalar edir - ETİRAZ

2019/07/ad706-1563176052.jpg
Oxunub: 9179     11:44     15 İyul 2019    
“Müdafiə nazirinin müavini Balayan mənə qarşı sərt davranaraq, keçid vərəqimi əlimdən aldı”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Merkel İnstitutunda Ermənistan Müdafiə Nazirliyinin texnologiya (elmi) bölüyündə hərbi xidmət keçməklə bağlı imtahanın 3-cü mərhələsi keçirilib.

Həmin mərhələdə Karen Mnatsakanyan adlı erməni gənc də iştirak etməli idi. Lakin Mnatsakanyanın verdiyi məlumata görə, heç bir əsas və bildiriş olmadan, ona bu imtahanlarda iştirak etməyə icazə verilməyib.

Bildirilir ki, problem Müdafiə nazirinin müavini Qabriel Balayanın da iştirak etdiyi aprelin 2-də imtahanın birinci mərhələsində yaranıb.

Mnatsakanyanın sözlərinə görə, birinci mərhələnin yazılı hissəsində riyaziyyat məsələləri həll edilməli və bu, keçid vərəqlərində qeyd olunmalı idi.

“Vaxt bitdikdən sonra keçid vərəqəsində bəzi qeydləri etməyə çatdırmasam da, bütün tapşırıqları həll etdim. İmtahanın başa çatdığı bildirildikdən sonra keçid vərəqində bəzi işarələrin tamamlanması üçün əlavə vaxt istədim. Müdafiə nazirinin müavini Balayan mənə qarşı sərt davranaraq, keçid vərəqimi əlimdən aldı.

Bu an komissiya üzvü Kerobyan yaxınlaşaraq, bu halın normal olduğunu və yekunlaşdıra biləcəyimi dedi. Bütün tapşırıqların həll edildiyini görən Balayan keçid vərəqimi götürərək, özü şəxsən yoxlayacağını vurğuladı. Növbəti gün 62 bal toplamaqla növbəti mərhələyə keçdiyimi öyrəndim.

İyulun 8-də keçirilən 2-ci mərhələni dəf etsəm də, iyulun 10-da mənə zəng edilərək, Balayanın təlimatı çatdırıldı və növbəti mərhələdə iştirak edə bilməyəcəyimi dedilər”, - deyə Mnatsakanyan bildirib.

O qeyd edib ki, bugünədək imtahanlarda iştirak etməsinə icazə verilmədiyinə dair yazılı bildiriş almayıb.

“Adımın imtahana buraxılanlar siyahısında olmamasına görə şikayətçiyəm. İmtahanlarda iştirak edə bilməyəcəyimə dair mənə edilən zəngdən sonra Ombudsmanın ofisinə müraciət etmişəm. Xahiş etdim ki, mənə edilən zəngin detalları və heç bir əsas olmadan imtahana buraxılmamağımın səbəbi aydınlaşdırılsın”, - deyə erməni gənc sözlərinə yekun vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin