Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 14:55 radələrində Keti (Keyti) kəndinin inzibati ərazisində "Mercedes" markalı 35 CU 035 nömrəli avtomobilin sürücüsü hərəkət zolağından çıxaraq qəzaya uğrayıb.
Məlumatlara görə, hadisə nəticəsində 4 nəfər yüngül, 1 nəfər isə ağır yaralanaraq xəstəxənaya yerləşdirilib. Yaralanan 5 nəfərdən 2-sinin müddətli hərbi qulluqçu olduğu bildirilir.
Məlumata görə, erməni hərbi qulluqçular qanuni məzuniyyət alaraq evlərinə gedirmişlər.
Ermənistan Müdafiə Nazirliyinin Şirak vilayətinin hərbi polis əməkdaşları da hadisə yerinə gəlib. Bir sıra KİV-lərdə yayılan məlumatlara görə isə sözügedən hadisə nəticəsində 2 nəfər yerində ölüb, 1 nəfər isə yaralanıb.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı heç bir məlumat yaymayıb.
Alpər Mövludoğlu
Ordu.az