“Hraparak”: Paşinyan hərbi qulluqçuları idman jurnalistləri ilə əvəz edir

2019/07/34653-1563014550.jpg
Oxunub: 889     15:17     15 İyul 2019    
Paşinyan komandasında olan sabiq hərbi qulluqçunu jurnalist dostuna görə işdən azad edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, “Mənim addımım” fraksiyasının deputatı Aren Mkrtçyanın erməni parlamentinin müdafiə komissiyasına ezam olunması yalnız rotasiya qaydası ilə əlaqəli deyil. Məlum olub ki ,eyni zamanda aprel döyüşlərindəki hadisələri araşdıran istintaq komissiyası səlahiyyətlərini yerinə yetirən Mkrtçyanın müdafiə komissiyasının üzvü olması üçün həmin komissiyadan “Mənim addımım” fraksiyasının üzvü Aram Xaçatryanı xaric ediblər.

Ötən gün xaric edilən Xaçatryan bildirib ki, o, bölgə və Avrasiyaya inteqrasiya məsələləri üzrə komissiyanın tərkibinə daxil ediləcək. Bir neçə həftə öncə müdafiə məsələləri üzrə komissiyanın üzvü Kristine Poğosyan bu rotasiyanı fraksiyaya yeni deputatın daxil olması ilə əlaqələndirmişdi. Narine Tuxikyan nazir müavini olduqdan sonra, Artur Hovhanisyan mandat alaraq, insan hüquqlarının müdafiəsi komissiyasına, Aren Mkrtçyan isə müdafiə komissiyasının tərkibinə köçürülücəyini bildirib.

Artıq bildirildiyi kimi, Aren Mkrtçyanın yerinin dəyişdirilməsi haqqında qərarı şəxsən Nikol Paşinyan verib. Paşinyan hesab edir ki, Mktrçyan öz potensialı ilə aprel hadisələrini araşdıran istintaq komissiyasının tərkibində daha çox fayda verər.

Maraqlıdır ki, Aram Xaçatryan sabiq hərbi qulluqçudur. O, 1999-cu ildə Vazgen Sarkisyan adına Müdafiə Nazirliyinin hərbi insitutunu bitirib, 2009-cu ilədək Ermənistan Silahlı Qüvvələrində qulluq edib.

Mkrtçyan isə ixtisasca, coğrafiyaçı geoloqdur və kütləvi informasiya vasitələrində işləyərək idman şərhçisi olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Hraparak”: Paşinyan hərbi qulluqçuları idman jurnalistləri ilə əvəz edir

2019/07/34653-1563014550.jpg
Oxunub: 890     15:17     15 İyul 2019    