Polkovnik Raquf Orucovun xatirəsinə həsr edilən xatirə turniri başa çatıb – VİDEO+FOTOLAR
Oxunub: 8736
12:58
13 İyul 2019
Şəhid polkovnik Raquf Orucovun xatirəsinə həsr edilən ənənəvi futbol turnirinə yekun vurulub.
Ordu.az xəbər verir ki, 8 komandanın iştirak etdiyi turniri Bənövşələr qəsəbəsinin komandası qazanıb.
Komanda üzvləri, qazandıqları kubokla birgə şəhidin məzarını ziyarət ediblər. Raquf Orucovun məzarı üstünə komanda üzvlərilə bərabər onun ailə üzvləri, xidməti yoldaşları və yaxınları da gəlib.
Şəhidin məzarı üstündə çıxış edən ziyarətçilər polkovnikin xidmət yolundan söz açıb, Vətənə olan xidmətindən danışıblar. Bildirilib ki, şəhidin xatirəsi onu sevənlərin qəlbində əbədi olaraq yaşayacaq. Komanda üzvləri, qazandıqları kuboku şəhidin oğluna təqdim ediblər.
Ənənəvi hal alan turnirin hər il keçirilməsi nəzərdə tutulur.