Ordu.az xəbər verir ki, yenilənmiş qanun layihəsinin müddəalarından biri müdafiə sahəsinə ayrılan xərclərin artırılmasını nəzərdə tutur.
Beləliklə qeyd olunur ki, müdafiə xərcləri başlığı ilə nəzərdə tutulan xərclər bölümünə əlavə 150 milyon manat həcmində vəsait ayrılacaq. Ümumi vəsait həcmi 3 milyard 187 milyon 618 min manat (1, 88 milyard dollar) təşkil edəcək.
Bununla da, Azərbaycanın müdafiə sahəsinə cari il ərzində əlavə xərcləri 4,9% artırılacaq.
Ordu.az