“Ohanyanın aprel döyüşlərinə aid qeyd etdiyi araşdırmalar MN-dən tələb edilib” - Karapetyan

2019/07/65756-1563006515.jpg
Oxunub: 923     16:27     13 İyul 2019    
“Sabiq və indiki Müdafiə nazirlərindən hər hansı birinin aprel döyüşlərini araşdıran istintaq komissiyasına çağırılması məsələsində məhdudiyyət yoxdur”.

Ordu.az erməni KİV-lərinə istiadən xəbər verir ki, bu sözləri “Mənim addımım” fraksiyasının deputatı, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının üzvü Tiqran Karapetyan deyib.

Onun sözlərinə görə, aprel döyüşlərinin səbəblərini araşdıran komissiyanın işinə hansı sabiq yüksək vəzifəli məmurların çağırılacağı qeyd edilə bilməz.

“Gizlilik şərtlərini qorumalı olduğuma görə bunu edə bilmərəm. Eyni zamanda bu şəxslərin kimlər olduğu çoxlarına məlumdur. Lakin indiki məqamda adlar çəkə bilmərəm. Bu şəxslər həmin dövrdə yüksək hərbi vəzifələrdə olan, müəyyən dairələrə cavabdeh olan şəxslərdir. Bu şəxslər artıq dəvət olunduqda, komissiyada olduqları zaman konkret adlar çəkiləcək. Hazırda konkret adlar yoxdur”, - deyə Karapetyan bildirib.

Ermənistanın sabiq müdafiə nazirinin müavini, hazırda müdafiə naziri olan Tonoyan və ya bir başqasının komissyanın işinə çağırılması məsələsində heç bir məhdudiyyətin olmadığını qeyd edən Karapetyan, aprel döyüşləri ərəfəsində ondan əvvəl və ya sonrakı dövrdə vəzifələrdə olmuş və müəyyən informasiyaya malik ola biləcək şəxslərin hamısının komissiyaya dəvət olunacağını vurğulayıb.

“Hazırkı Müdafiə nazirinə suallar ünvanlanması və ümumiyyətlə “Mənim Addımım” fraksiyasının deputatlarının ona sual ünvanlanması qeyri-adi bir vəziyyət yaradırmı?” deyə verilən suala cavabında erməni deputat diqqətə çatdırıb ki, Davit Tonoyan və ümumiyyətlə hər hansı şəxs bu komissiyada olmayıb və hazırki komissiya “Mənim addımım” fraksiyasını deyil, müdafiə və təhlükəsizlik komissiyasını təmsil edir.

“Komissiyada “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyaları təmsil olunur. Bu məsələdə hər hansı qeyri-adi vəziyyət görmürəm. Təkrar edərək bildirmək istəyirəm ki, ictimaiyyətin cavab gözlədiyi müxtəlif suallar mövcuddur və komissiya bu sualları cavablandırmağa çalışacaq.

Sabiq müdafiə naziri Seyran Ohanyanın aprel döyüşlərinə aid qeyd etdiyi araşdırmalar Müdafiə Nazirliyindən tələb edilib. İndiki məqamda hər hansı ad qeyd etməyəcəm. Lakin Ohanyan həmin dövrdə müəyyən vəzifədə olubsa, demək informasiyaya malikdir. Xüsusilə də Ohanyan müəyyən araşdırmalar aparıb və materiallara malik olduğu məlumdur. Buna görə də, bu araşdırmalarla bağlı ona veriləcək suallar ola bilər”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Ohanyanın aprel döyüşlərinə aid qeyd etdiyi araşdırmalar MN-dən tələb edilib” - Karapetyan

2019/07/65756-1563006515.jpg
Oxunub: 924     16:27     13 İyul 2019    