“N” hərbi hissəsində “Milli tariximizin unudulmaz günü” adlı tədbir keçirilib

2019/07/88018-1563005437.jpg
Oxunub: 427     15:02     13 İyul 2019    
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 14 iyul 1969-cu ildə hakimiyyətə gəlməsinin 50-ci ildönümü münasibəti ilə “N” hərbi hissəsində “Milli tariximizin unudulmaz günü” adlı tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbirdə hərbi hissənin şəxsi heyəti, Qusar rayonunun Veteranlar və Ağsaqqallar Şurasının nümayəndələri və “Sağlam ailə” Ailələrin Maarifləndirilməsinə Köməklik İctimai Birliyinin üzvləri iştirak ediblər.

Ulu Öndərin büstü qarşısına güllər qoyulub, xatirəsinə hörmət və ehtiram ifadə edildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə iştirak edən qonaqlar şəxsi heyət qarşısında “14 iyul 1969-cu il - Azərbaycanın sosial-iqtisadi, mədəni, hərbi və siyasi inkişafının başlanğıc nöqtəsi” mövzusunda çıxışlar ediblər.

Çıxış edənlər bildiriblər ki, ümummilli lider Heydər Əliyev öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə aktualdır. Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü də xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə xatırlanır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlanıb. Dahi şəxsiyyət neçə illərin sükunətini hərəkətə gətirmiş, milləti, milli düşüncəni oyadıb, güclü iqtisadi potensial yaradıb.

Ulu öndər Heydər Əliyev o dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoyub. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.

1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.
Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndər Heydər Əliyev deyib: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.

Ulu Öndər SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldıraraq, Bakıdakı bütün neftayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, bir çoxunun isə yenidən tikilməsinə nail olub. Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verilib. 1970-1982-ci illərdə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılmış, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanıb.

Ulu öndər Heydər Əliyev ana dilinin inkişafını da xüsusi diqqət mərkəzində saxlayıb, Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirib. Dahi rəhbər Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanıb. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Həmin dövrdə belə bir maddənin əlavə edilməsi çox böyük risk idi. O zaman Ulu Ondərə millətçi damğası vurmaq təhlükəsi yaranıb. Lakin müdrik şəxsiyyət bütün bunlardan qorxmayıb, ana dilinə olan məhəbbəti, milli təəssübkeşliyi hər şeyi üstələyib.

Ulu Öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atıb. İmperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda hərbi məktəbin açılmasına nail olub. Həmin dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilmiş, milli kadrların hazırlanması problemi öz uğurlu həllini tapıb. Xüsusi vurğulamaq lazımdır ki, Ümummilli Liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycanın Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb.

1970-80-ci illərdə respublikanın ali məktəblərində 100-dən artıq yeni kafedra, 40-dan çox yeni fakültə açılmış, 100-ə qədər yeni ixtisasın hazırlığına başlanıb. Həmin illərdə ölkədə 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi, səhiyyə sisteminin müasirləşdirilməsi, ölkənin yol infrastrukturunun daha da yaxşılaşdırılması, eləcə də Ulu Öndər tərəfindən reallaşdırılan bütün tədbirlər müstəqil Azərbaycan Respublikası naminə həyata keçirilirib.

Əsası 1969-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf konsepsiyası bu gün uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev bu məsuliyyətli vəzifəni üzərinə götürərkən bəyan etmişdir ki, bütün fəaliyyətini Heydər Əliyev siyasəti, insana qayğı və diqqət üzərində quraraq sosialyönümlü siyasət həyata keçirəcək. Görülən işlər ölkəmizi günü-gündən irəliyə doğru aparır.

Sonda “Sağlam ailə” Ailələrin Maarifləndirilməsinə Köməklik İctimai Birliyinin üzvləri hərbi hissənin bədii özfəaliyyət kollektivi ilə birlikdə konsert proqramı ilə çıxış ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Heydər-Əliyev  

“N” hərbi hissəsində “Milli tariximizin unudulmaz günü” adlı tədbir keçirilib

2019/07/88018-1563005437.jpg
Oxunub: 430     15:02     13 İyul 2019    