“Jamanak” turizm şirkəti açıb: Mirzoyan niyə ABŞ-a yola düşür?

2019/07/timth-1563003527.jpg
Oxunub: 919     14:37     13 İyul 2019    
“Mirzoyanın ABŞ-a səfəri turist səfərləri xarakteri daşıyır və Ermənistan üçün heç bir praktiki əhəmiyyəti yoxdur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” nəşri məlumat yayıb.

Nəşrə görə, Ermənistan Parlamentinin sədri Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a turist kimi gedib, istirahət edərək geri dönəcək.

“Ermənistan Parlamentinin sədri Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti bazar günü ABŞ-a yola düşəcək . Səfər çərçivəsində ABŞ konqresinin erməni məsələləri üzrə komissiya heyəti ilə görüş nəzərdə tutulur. Senatın respublikaçılar çoxluğunun rəhbəri Miç Mıkkonel, həmçinin nümayəndələr palatasının spikeri Nensi Pelosi ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Mirzoyan bu səfərin həddindən artıq vacib olduğunu, səfərdən sonra isə bunun faydaları və səmərəliliyi haqqında danışa bilər. Lakin öncədən aydındır ki, bu kimi səfərlər turist səfərləri xarakteri daşıyır. Ermənistan üçün heç bir praktiki əhəmiyyəti yoxdur”, - deyə “Jamanak” əslində ABŞ-la aparılan danışıqları pərdələyir.

Qeyd edək ki, ötən gün ABŞ Konqresində Azərbaycana silah satılmasına qarşı qərar qəbul olunub. Ermənistan nümayəndə heyətinin bundan sonra ABŞ-a səfəri, senat və nümayəndələr palatasında görüşlər planlaşdırması turist səfəri xarakteri daşıya bilməz. Erməni KİV-lərinin informasiyanı bu şəkildə yayması isə təbii ki, ölkə daxilində güclü olan Rusiya faktoru ilə əlaqədardır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ABŞ  

“Jamanak” turizm şirkəti açıb: Mirzoyan niyə ABŞ-a yola düşür?

2019/07/timth-1563003527.jpg
Oxunub: 920     14:37     13 İyul 2019    