Erməni deputat: “Suriya ermənilərinə vətəndaşlıq verməklə böyük səhvə yol vermişik”

2019/07/345-(-1563001344.jpg
Oxunub: 910     11:43     13 İyul 2019    
“Beynəlxalq dəstək baxımından 2011-2012-ci illərdə Suriyadan Ermənistana gələn ermənilərə kütləvi şəkildə Ermənistan vətəndaşlığı verməklə böyük səhvə yol vermişik”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan Ermənistan parlamentində “Qaçqın və sığınacaq üçün müraciət edənlərin problemləri və mümkün həlli” mövzusunda keçirilən konfransda, Miqrasiya Xidmətinin rəisi Armen Qazaryana müraciət edib.

Zöhrabyanın sözlərinə görə, Ermənistan Suriyadan qaçqın qəbul edən digər ölkələrdən fərqli olaraq, beynəlxalq donor təşkilatlarından çox az vəsait alıb.

“Əhalisinin nisbətinə görə Ermənistanda Suriyadan olan qaçqınların sayına görə, 3-cü ölkədir. Lakin Suriyadan qaçqın qəbul edən digər ölkələrdən fərqli olaraq, beynəlxalq donor təşkilatlarından çox az vəsait alıb” - deyə Zöhrabyan bildirib.

Armen Qazaryan cavabında qeyd edib ki, Suriyadan qaçqınlarla bağlı beynəlxalq yardım və siyasət baxımından Ermənistan hakimiyyəti 2011-2012-ci illərdə Suriyadan Ermənistana gələn ermənilərə kütləvi şəkildə Ermənistan vətəndaşlığı verməklə böyük səhvə yol verib.

“Bu addım vətəndaşlıq haqqında qanuna və hüquq qaydalarına təsir edib, həmçinin beynəlxalq donor təşkilatlarından yardım alınması imkanlarını məhdudlaşdırıb.

Bu insanların münaqişə zonasından tez bir zamanda çıxarılmasına dair humanitar niyyət tamamilə başadüşüləndir, lakin bunu daha düşünülmüş şəkildə etmək olardı.

Bizim Aİ-nin müvafiq fondundan “X” vəsait əldə etməyimiz müqabilində, 10 dəfə daha çox vəsait ala bilərdik. Buna görə də, böhran şəraitində düzgün siyasi tarazlaşdırılmış qərarların qəbul edilməsi, əlbəttə, gələcək nəticələrə öz təsirini göstərir”, - deyə Qazaryan diqqətə çatdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Erməni deputat: “Suriya ermənilərinə vətəndaşlıq verməklə böyük səhvə yol vermişik”

2019/07/345-(-1563001344.jpg
Oxunub: 913     11:43     13 İyul 2019    