Ermənistan Baş Prokurorluğu məlumat yaydı: 23 yox, 29 hərbi qulluqçu ölüb

2019/07/ermen-1562936345.jpg
Oxunub: 9432     13:57     13 İyul 2019    
Bu il ərzində Ermənistan ordusunda 29 hərbi qulluqçunun ölüm faktı qeydə alınıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağ ərazisində qanunsuz dislokasiya olunan hərbi birləşmədə 2019-cu ilin birinci yarısında 29 hərbi qulluqçunun ölüm faktı qeydə alınıb.

Bunlardan 8 nəfər müddətli xidmət hərbi qulluqçusu, 13 nəfər müqaviləli hərbi qulluqçu, 3 nəfər gizir və 5 nəfər zabitdir.

29 ölüm faktından 11 halın hərbi xidmət zamanı, 18 halın isə hərbi xidmətlə əlaqəli olmayan məqamlarda baş verdiyi qeyd edilir.

2018-ci ilin eyni dövrü ilə müqayisədə Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağ ərazisində qanunsuz dislokasiya olunan hərbi birləşmədə 19 hal hərbi xidmət zamanı, 12 hal isə hərbi xidmətlə əlaqəli olmayan məqamlarda baş verməklə, 31 hərbi qulluqçunun ölüm faktı qeydə alınmışdı.

Beləliklə, ümumi ölüm hadisələri 2 hal olmaqla, hərbi xidmətlə əlaqəli olan ölüm halları 8 hal, yaxud 42% azalsa da, hərbi xidmətlə əlaqəli olmayan məqamlarda baş verən ölüm hadisələrinin 6 hal, yaxud 50% artdığı qeyd olunur.

Bu il hərbi xidmətlə əlaqəli baş verən ölüm hallarının səbəbləri keçən il baş verənlərlə müqayisədə aşağıdakı kimi bölünüb:

- 2 hal təxribata cəhd nəticəsində (2018-ci ilin birinci yarımilində 5 hal)
- 3 hal intihar və ya intihar həddinə çatdırma nəticəsində (6)
- Silahdan istifadə qaydalarının pozulması nəticəsində (1)
- 1 hal xəstəlik nəticəsində (2)
- Mina partlayışı nəticəsində (1)
- 3 hal öldürmə nəticəsində (1)
- 1 hal bədbəxt hadisə nəticəsində (1)
- 1 hal xidmətlə əlaqəli avtomobil qəzası nəticəsində (1)
- Döyüş növbətçiliyinin aparılması qaydalarının pozulması nəticəsində (1)

Hərbi xidmətlə əlaqəli olamayn baş vermiş hadisələrdə ölüm hallarının səbəbləri keçən il baş verənlərlə müqayisədə aşağıdakı kimi bölünüb:

- 10 hal xidmətlə əlaqəli olmayan avtomobil qəzası nəticəsində (2018-ci ilin birinci yarımilində 6)
- 7 hal xəstəlik nəticəsində (5)
- Bədbəxt hadisə nəticəsində (1)
- 1 hal intihar və ya intihar həddinə çatdırma nəticəsində (0)

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistan Baş Prokurorluğu məlumat yaydı: 23 yox, 29 hərbi qulluqçu ölüb

2019/07/ermen-1562936345.jpg
Oxunub: 9433     13:57     13 İyul 2019    