Əsgər Zaur Məmmədov: "Ağdam da mənim üçün doğulduğum Suraxanı rayonu qədər doğmadır"

2019/07/IMG-2-1562930856.jpg
Oxunub: 1546     10:24     13 İyul 2019    
Yolumuz cəbhənin Ağdam rayonu istiqamətinədir. Demək olar ki, cəbhənin bu istiqaməti ümumilikdə ən çətin bölgələrdən biri sayılır. Ona görə də burada söz sahibi silah və cəsarətdir. Silaha sarılan cəsur əsgər anbaan düşmən bölmələrini müşahidə edərək yaranan təxribata layiqincə cavab verir.

Həmsöhbətim Zaur Əliyev özünün də qeyd etdiyi kimi bura paytaxt Bakıdan gəlib. O, artıq xidmətinin 11 ayını geridə qoymasına baxmayaraq, xidmət müddətini qalib əsgər kimi işğal altında olan torpaqlardan başa vurmaq istəyir.

“Xidmətə yola düşməzdən əvvəl xidmət etdiyim ərazilərin adını yalnız televizordan eşidirdim. Bakının Suraxanı rayonundan gəlmişəm. Açığı buralar haqqında heç bir təsəvvürüm yox idi. Ancaq qismət elə gətirdi ki, buraları öz gözümlə görmək mənə də nəsib oldu. Burada xidmət aparmaq ciddi məsuliyyət tələb edir. Ancaq məsuliyyətli olduğu qədər də şərəflidir. Artıq 11 aydır burada xidmət aparıram. Ağdam da mənim üçün doğulduğum Suraxanı rayonu qədər doğmadır. Bir sözlə Azərbaycan əsgəri kimi Ağdamda xidmət apardığıma görə fəxr edirəm...” - deyə əsgər Zaur Məmmədov bildirir.

Əsgər Məmmədov ailənin böyük övladıdır. Bir bacısı və bir qardaşı da var. Onun sözlərinə görə, bacısı və qardaşı ön xəttə xidmət etdiyinə görə onunla fəxr edirlər. Zaur isə bu fəxarətə layiq olmaq üçün yalnız bir istəyi olduğunu deyir:

“Əlbəttə dəfələrlə düşmən təxribatının qarşısını layiqli şəkildə almışıq. Burada bizə rəhbərlik edən komandirlərin peşəkarlıq səviyyəsinin yüksək olması qarşımızda duran düşmən bölmələrinin təxribat törətmək arzusunu gözündə qoyur. Sutka ərzində və istənilən hava şəraitində düşmənin atdığı hər addımı izləyə bilir, onların planına qarşı önləyici tədbirlər görməyə həmişə hazırıq. Ən böyük istəyim, arzum düşməni məhv etmək və döyüşdə qələbə qazanmaqdır. Ümid edirəm ki, mənə o da qismət olacaq. Bax o zaman mənimlə fəxr edən qardaş və bacıma layiq olduğuma daha da əmin olacağam”.

Əsgər Ordu.az vasitəsi ilə oxuculara Azərbaycan ordusunun hər zaman döyüşə hazır olduğunu və mütləq qələbə çalacağını da bildirir: “Özüm və silahdaşlarım adından bildirmək istəyirəm ki, Azərbaycan əsgəri hər an, hər dəqiqə döyüşə hazırdır. Ali Baş Komandanın əmri ilə biz işğal altında olan torpaqlarımızı düşməndən təmizləməyə qadirik. Bu sözləri əminliklə deməyimə səbəb ordumuzda olan ruh yüksəkliyi, peşəkar komandanlıq tərəfindən idarə olunmaq və biz əsgərlərin döyüş qabiliyyətinin daha da yüksəldilməsi üçün keçirilən hərbi təlimlərdir. İnşallah qələbə günü çox uzaqda deyil”.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Cəbhə   Əsgər  

Əsgər Zaur Məmmədov: "Ağdam da mənim üçün doğulduğum Suraxanı rayonu qədər doğmadır"

2019/07/IMG-2-1562930856.jpg
Oxunub: 1549     10:24     13 İyul 2019    