Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri İstintaq Komitəsinin sədri, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan deyib.
Onun sözlərinə görə, komissiyanın hazırlıq mərhələsi başa çatıb, məlumatlar isə yay dövrü və payızın ilk ayında çox olacaq.
“Komissiyanın fəaliyyəti tez-tez jurnalistlərə əlçatmayan ola bilər. Lakin bununla yanaşı komissiyada hansı fəaliyyətlər həyata keçirildiyi barədə jurnalistləri vaxtaşırı məlumatlandıracam.
İstintaq komissiyası bizdən böyük dəstək alır, çünki onun fəaliyyətinin nəticələri ictimaiyyət üçün təkzibolunmaz olmalı, yalnız düzgün faktlar üzərində qurulmalıdır”, - deyə Köçəryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az